Zakir Həsənovdan düşmənə qisas mesajı

02.02.2015 - 11:43

Üçrəngli dövlət
bayrağımızı Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər
torpaqlarımızda dalğalandıracaq

 

Müdafiə naziri Zakir Həsənov 2 Fevral – Gənclər Günü münasibəti ilə
Silahlı Qüvvələrdə xidmət edən gəncləri təbrik edib. Təbrik müraciətində
deyilir:

Hörmətli zabitlər, gizirlər, çavuşlar və əsgərlər!
Əziz gənclər!
Sizi Gənclər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir və
Vətənimizin layiqli müdafiəçiləri kimi Sizə ən xoş arzularımı
bildirirəm.
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2
Fevral Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin əsasını qoyduğu Dövlət Gənclər
siyasəti Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gənclərin orduya hazırlanması, milli-mənəvi dəyərlər əsasında,
intellektual, fiziki və mənəvi tərbiyəsi ölkə rəhbərinin fəaliyyətində
prioritetdir. Ökəmizdə Gənclər Evləri, Olimpiya İdman Kompleksləri,
idman-sağlamlıq mərkəzləri yaradılmış və gənclərin sosial problemlərinin
həlli sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Gənclərimiz
beynəlxalq idman arenalarında əldə etdikləri qələbələrlə Azərbaycan
bayrağını yüksəklərə qaldırırlar.
Bu gün Azərbaycan gəncləri Silahlı Qüvvələrdə xidməti özlərinə şərəf
bilir və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirirlər.
Silahlı Qüvvələrdə xidmət edənlərin böyük hissəsi gənclərdir. Hərbi
xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və
xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir, səngərdə, döyüş
mövqeyində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı
sayəsində düşmən təxribatlarının qarşısı qətiyyətlə alınır.
Azərbaycanın ərazi bütövlüyü qorunmasında, düşmənin kəşfiyyat-təxribat
qruplarının qarşısının alınmasında qəhrəmancasına həlak olmuş
şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların
valideynlərinə Vətən üçün layiqli övladlar böyütdüklərinə görə bir daha
minnətdarlığımı bildirirəm. Şəhidlərin qisası alınır və bundan sonra da
alınacaqdır.
İnanıram ki, Ordu gəncləri Azərbaycan Respublikasının Konstitusiyasına,
Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və
mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı
Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət
bayrağımızı Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər
torpaqlarımızda dalğalandıracaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=16927

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728