Bakcell 3 il ərzində ölkəyə 226 milyon manat həcmində sərmayə yatırıb

06.01.2022 - 16:43

Bakcell şirkətinin son 3 il ərzində Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayənin həcmi 226 milyon manat təşkil edir.

Şirkətin fəaliyyətinin davam etməsinə və inkişafına yönəlmiş bu sərmayələr uzunmüddətli perspektivdə ölkənin ümumi daxili məhsulunun həcminə də töhfə verəcək.

Qeyd olunan məbləğin böyük hissəsi telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə, regionlarda 4G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsinə və Qarabağda yüksək keyfiyyətli mobil şəbəkənin qurulmasına xərclənib.

Eyni zamanda genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramı həyata keçirən Bakcell şirkəti 3 il ərzində bir sıra sosial layihələrə böyük həcmdə vəsait ayırıb. Buraya şirkətin pandemiya ilə mübarizəyə, İkinci Qarabağ Müharibəsinin təsirlərinin azaldılmasına, Qarabağda bərpa işlərinin aparılmasına və əlilliyi olan uşaq və gənclər üçün bərabər imkanların yaradılmasına yönəlmiş layihələr daxildir.

Bakcell şirkəti ölkədə telekommunikasiya sahəsinin inkişafına öz töhfəsini vermək üçün gələcəkdə də Azərbaycan iqtisadiyyatına iri həcmi sərmayələr yatırmağa davam edəcək. 2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.4%-ni əhatə edir.

Bakı. Trend

Short URL: http://www.cumhuriyyet.net/?p=169272

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728