Pokerdə 1 milyon udan oğlanın məşhur şəriki
Ötən ay poker yarışında1 milyon udan “Unibank”ın prezidenti
Eldar Qəribovun oğlu, poker oyunçusu İlkin Qəriblinin biznesilə bağlı
maraqlı faktlar üzə çıxıb.
“Qafqazinfo”nun məlumatına görə, İlkin Qəribli Azərbaycanın bank
biznesinə çoxdan ehtiyac duyulan yeni xidmətin təsisçilərindən biridir.
O, 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və
Azərbaycanın tarixində ilk borc agentliyi olan Baku Collecting Agency
(BOA) MMC-ni yaradıb, lakin “Unibank”ın əsas təsisçisi Eldar Qəriblinin
oğlu ilə bağlı xəbərin digər maraqlı tərəfi onun ortağı ilə əlaqəlidir.
Belə ki, ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti olan BOA
agentliyinin həmtəsisçisi Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini
Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir. Rüstəm Hacıyev Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru,
professor Rəfiqə Əliyevanın nəvəsi, tanınmış modelyer Fəxriyyə
Xələfovanın bacısı oğludur.
Qeyd edək ki, 2012-ci ildə fəaliyyətə başlayan BOA kollektor
agentliyinin əsas müştəriləri banklar və satışı kreditlə aparan hüquqi
və fiziki şəxslərdir.
Xatırladaq ki, professor, Fransa hökuməti tərəfindən “Şöhrət” ordeni
ilə təltif edilmiş Rauf Hacıyevin digər oğlu da biznesmendir. O, Bakının
məşhur restoranlarından birinin sahibidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=16928