Azərbaycanda siqaret və spirtli içki bahalaşdı

02.02.2015 - 13:08

 

Nazirlər Kabineti qərar verdi.

Azərbaycanda siqaret və spirtli
içkilərin qiyməti rəsmi olaraq bahalaşıb. Qərarın analizi göstərir ki,
siqaret və tütünün qiyməti bahalaşsa da bir sıra məhsulların qiyməti
əksinə olaraq ucuzlaşıb.

 Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb
olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20
nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edilib. Belə
ki, Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların
aksiz dərəcələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il
29 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilib.

Beləliklə, qərara əsasən, ölkəyə gətirilən
etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8
manatdan 2 manata qaldırılıb. Ökəyə gətirilən pivə üzrə aksiz vergisi 1
litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.

Üzüm şərabları üzrə aksiz dərəcələri demək
olar ki, dəyişməyib və əvvəlki 2,5 dollar əvəzinə 2 manat həddində
müəyyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan
şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib. 

Eləcə də viski, rom, araq, likör və s.
içkilər üçün aksiz dərəcələri 20% artaraq 6 dollar və ya 4,8 manatdan 6
manata qaldırılıb.

Aksiz dərəcəsi kəskin artırılan mallardan
biri də siqaretlər və tütün məmulatları olacaq. Nazirlər Kabinetinin
qərarı ilə bu məhsulların aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər
1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat
müəyyən edilib.

Əvəzində müəyyən növ benzinlər üçün aksiz
vergisi bir ton benzinə görə, 250 ABŞ dollarından 120 manata endirilib.
Digər tərəf bituma görə aksiz vergisi kəskin artırılaraq hər ton məhsula
görə, 1 dollardan 24 manata qaldırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=16934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728