Lamiyənin işi Milli Məclisdə
Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən və həbsdə atasız uşaq
dünyaya gətirən qadın məhkum Lamiyə Quliyevanın işi ilə bağlı Milli
Məclisdə məsələ qaldırılıb.
ANS PRESS-in məlumatına görə, Ümid Partiyasının sədri, deputat İqbal
Ağazadə Penitensiar Xidmət haqqında qanunun tələblərinin pozulduğunu
düşünür.
O bildirib ki, həmin qızın qanunvericiliyə görə, nikahdan kənar heç
kimlə görüşmək imkanı yoxdur. Millət vəkili həbsdə olan qadının necə
uşağının olduğunu anlamaqda çətinlik çəkdiyini söyləyib.
“Ən dəhşətli fakt odur ki, bu gün həbsxanada həmin qadına ərizə
yazdırırlar ki, o, öz xoşuma kiminləsə yaxın münasibətdə olub. Buna necə
nəzarət olunub? İçəridən dustağa videomaterial yaydırırlar. Qanun bunu
elə sistemə salmalıdır ki, bu adamlar cəzalanmalıdır. Ora dövlətin
nəzarətində olan bir yerdir”- deyə deputat söyləyib.
Millət vəkili Zahid Oruc isə bildirib ki, Lamiyə Quliyevanın həbsxanada
nikahdankənar uşaq dünyaya gətirməsi məsələsi ilə əlaqədar hüquqi qərar
verilməli və günahkarlar cəzalandırılmalıdır:
“Əks təqdirdə, Penitensiar Xidmətin fəaliyyəti ciddi kölgə altına düşür.
Ümumiyyətlə, Lamiyə Quliyevanın işi və həbsi ilə bağlı məsələdə
günahkarlar cəzasını almalıdır. Prokuror, hakim, bu işi aparmış
müstəntiq və başqa kim günahkardırsa, o, cəzalandırılmalıdır. Burada
insan həyatı üzərindən qaralama kampaniyası aparılır, buna birdəfəlik
hüquqi qiymət verilməlidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=16937