Bakı ermənilərə sığınacaq verir?

02.02.2015 - 16:00

Əslən Azərbaycandan olan ermənilərin məsələsi gündəmə gəldi
Rəsmi Bakı Ukraynada müharibə bölgəsində əziyyət çəkən və əslən Azərbaycandan olan ermənilərə sığınacaq verə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə “İctimaiyyətlə əlaqələrin
inkişafına yardım” qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Şəlalə
Həsənova “Exo” qəzetinə müsahibəsində bildirib.

“Bizim millət ksenofobiya xəstəliyinə tutulmayıb və o cümlədən
ermənilərə qarşı da belə hissi yoxdur. Buna sübut olaraq, bu gün bizim
ölkədə çox sayda erməni yaşayır və onlar bizim cəmiyyətin bir
hissəsidir. Bizim xalqın onlara heç bir nifrəti yoxdur, çünki onlar
dinc vətəndaşlardır”, – deyə Şəlalə Həsənova vurğulayıb.

“Azərbaycan tolerant ölkədir və biz əvvəllər Azərbaycanda yaşamış
ermənilərin müraciətlərinə açıq olmalıyıq”,- deyən QHT rəhbərinin
fikrincə, Azərbaycan tərəfi heç kimi dəvət etməli deyil, amma əgər
insanların özləri bunu istəyirsə, ölkə bu cür müraciətlər üçün açıq
olmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=16943

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728