Saakaşviliyə Ukraynada vəzifə verilə bilər
Antikorrupsiya bürosunun sədri olmaq üçün müsabiqədə iştirak edəcək.
Modern.az saytı Ukrayna mətbuatına isitnadən xəbər verir ki, bunu
Saakaşvili özü şəxsən təsdiq edib.
Onun fikrincə, korrupsiya Ukraynanın əsas düşmənlərindən
biridir. Sabiq prezident öz antikorrupsiya proqramında Gürcüstanda bu
sahədə topladığı təcrübədən istifadə etmək niyyətindədir. Qeyd edək ki,
Pyotr Poroşenko hakimiyyəti Ukraynanın idarəçilik sistemində Gürcüstanın
keçmiş məmurlardan aktiv istifadə edir.
Belə ki, hazırki Ukrayna səhiyyə naziri Aleksandr Kvitaşvili bundan
əvvək Gürcüstanda (2008-2010-ci illərdə) bu postu tutub. Gürcüstanın
daxili işlər nazirinin müavini olmuş (2006-2012-ci illər) Yekaterina
Zquladze isə indi Ukraynada anoloji vəzifədədir.
Zamanında Mixail Saakaşviliyə də Ukrayna baş nazirnini müavini postu təklif olunsa da, Saakaşvili bu təklifi qəbul etməmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=16946