Mingəçevirdə həkimlər müsavatçının anasını “ölümə məhkum ediblər”?
sədri Nurəddin Rüstəmlinin ağır xəstəlikdən əziyyət çəkən anasını
rayonda müalicə etmirlər. Aidiyyatı orqanlara edilən müraciətlər isə
nəticəsiz qalır.
və Rayonlararası Onkologiya Mərkəzinin baş həkimi Tangiz adlı şəxslər
onun müalicə olunmasından qəti imtina edirlər. Səbəb olaraq isə onu əsas
göstərirlər ki, xəstənin diaqnozu Bakıda təsdiq olunmalıdır. Guya ki,
ondan sonra müalicə aparılacağını deyirlər. Belə xəstələri müalicə yolu
ilə 3-5 il yaşatmaq olur. Anam ağır vəziyyətdə olduğu üçün onu minik
maşını ilə Bakıya çatdırmaq mümkünsüzdür. Xəstəxananın rəhbəri Yusif
həkim əlimdə 26 yanvar tarixində göndəriş olmasına baxmayaraq, xəstənin
Bakıya göndərilməsi üçün nəqliyyat vasitəsi verməyəcəyini deyir. Sizin
qəzetiniz vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə sual verirəm ki,
ağır xəstə Bakıya çatdırıla bilmirsə, morfi vurduraraq, ölümünü
gözləməlidir? Bu necə sistemdir? Səhiyyəni niyə bu günə salmısınız? XXI
əsrdə bu, nə biabırçılıqdır? Sizin yaxınlarınız rayonda xəstə olanda
morfi vurduraraq, ölümünü gözləyirlərmi? Biz insan deyilik? Nə vaxta
qədər biz müxalifətçilərə belə ayrı-seçkilik olacaq? Belə ədalətsizlik
olmaz. Hər şeydən öncə insan olmalıyıq”.
bu oldu ki, xəstəni ölsə də Bakıya gətirin. Diaqnoz təsdiqlənsin, sonra
müalicə başlasın. Dedim ki, yolun uzaqlığına görə gətirmək mümkün deyil.
Cavab belə oldu ki, özünüz bilərsiniz. Bu da ölkəmizdəki insanlıq…
Mingəçevirdən Bakıya 300 kilometrdir. Şok ağrılar keçirən xəstəni
həkimsiz, minik maşını ilə aparmaq yolda öldürmək deməkdir. Bütün bu
bəhanələr siyasi fəaliyyətimlə birbaşa əlaqədardır”.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=16949