Prezident yolda qalan vətəndaşı maşınına mindirdi

02.02.2015 - 20:04

Dünyanın ən sadə və ən kasıb prezidenti kimi tanınan Xose
Muxika yolda qalan vətəndaşı maşınına mindirərək gedəcəyi yerə qədər
aparıb.

Virtualaz.org saytı xəbər verir ki, Uruqvay
prezidenti piyada işə gedən Gerhald Akosta adlı vətəndaşı yolda görüb və
maşını saxlayaraq onu da avtomobilinə mindirib.

G.Akosta “İndependent” qəzetinə açıqlamasında işə getmək üçün 160
kilometrlik məsafəni yoldan keçən təsadüfi maşınlarla getdiyini deyib.
Uruqvaylı kişi həmin gün heç bir maşının onu götürmədiyini deyib. Lakin
saxlaması üçün əl etmədiyi maşın birdən onun yanında dayanıb. Maşında
ölkə prezidentini və onun xanımını görən G.Akosta xeyli
təəccüblənib. G.Akosta maşından düşərkən ona dəfələrlə təşəkkür etdiyini
də deyib.

Qeyd edək ki, prezident Muxika maaşının 90 faizini xeyriyyə
təşkilatlarına bağışlayır. Sadə həyat tərzi ilə məşhur olan Uruqvay
prezidentinin “Volskwagen Beetle” markalı köhnə avtomobili var.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=16951

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728