Deputat: “Ermənistan Fransanın əxlaqsız bacısıdır”
Xocalıdan seçilmiş deputat Elman Məmmədov Dağlıq Qarabağ və Xocalı
məsələlərinin parlamentdə xüsusi müzakirə olunmasını təklif edib.
Millət vəkili deyib ki, ATƏT-in Minsk qrupu çoxdan yarıtmaz quruma
çevrilib: “Bu üç həmsədr dövlətin ermənilərə xüsusi münasibəti olub.
Fransanın keçmiş prezidenti Sarkozi o vaxt demişdi ki, Ermənistan
Fransanın kiçik bacısıdır. Amma o, tam doğru deməyib. Gərək deyəydi ki,
Ermənistan Fransanın əxlaqsız, yolunu azmış kiçik bacısıdır”.
E.Məmmədov Serj Sarkisyanın hərbi cani kimi məhkəməyə verilməsini də
zəruri sayıb: “1000-dən çox Xocalı sakini dindirilib. Onlar şahidlik
ediblər ki, Sarkisyan onlara necə işgəncələr verib. Sarkisyanın özünün
səhra komandiri olması barədə Avropa Şurasındakı etirafı və Xocalının
işğalı haqda verdiyi müsahibə onun cinayətkar kimi mühakiməsi üçün
kifayətdir”.
Deputat Xocalıya “Şəhid şəhər”, əhalisinə isə “Soyqırıma məruz qalan əhali” statusu verməyi təklif edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=16954