Qızların narkotikaya marağı artıb – Azərbaycanda
Bunu Milli Məclisin bugünki iclasında millət
vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda
mövcud qanun olsa da, bütün dünyada olduğu kimi ölkəmizdə bu bu problem
qalmaqdadır:
“Bu gün Azərbaycanda həbsxanalarında olan məhkumların 30 faizi
narkotikdən istifadə edir. Hazırda Azərbaycanda ən çox yayılan narkotik
vasitə marixuana və tiryəkdir. Biz qanunda şəxsi istehlak miqdarı üçün
marixuananı 5 qram, triyəki isə 0.2 qram nəzərdə tutmuşuq. Təəssüflər
olsun ki, narkotik alanların çoxu üzərində onun miqdarını müəyyən edən
tərəzi gəzdirmirlər. Ona görə də həbs olunanların əksəriyyəti məhz
narkomanlardır. Biz mövcud qanunda qeyd etmişik ki, narkomaniya
xəstəlikdir, amma bu xəstəliyin müalicə yeri pentensiar xidmətdəki
müəssisələr deyil. Bu xəstələrin aidiyyatı xəstəxanalarda müalicə etmək
lazımdır. Ona görə də bu istiqamətdə ciddi addımlar atılmalıdır. Çünki
onların hamısını xəstəxanaya yerləşdirmək mümkün deyil”.
Millət vəkili bildirib ki, hüquq mühafizə orqanları birgə əməliyyat
keçirərək ölkəmizə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə
gətirilməsinin qarşısı alır:
“Fikir versək görərik ki, saxlanılanların əksəriyyəti narkotiki
daşıyanlar və onu istehlak edənlərdi. Lakin onun yayımı ilə məşğul
olanlar, yaxud da mütəşəkkil şəkildə bu cinayətlə məşğul olanları tutmaq
olmur. Çünki onların mərkəzi Azərbaycandan kənardadır. Narkotik
vasitələr daha çox İran sərhədindən ölkəmizə keçirilir. Hesab edirəm ki,
İranla dövlət səviyyəsində ciddi danışıqlar aparılmalıdır”.
Milli Məclisin üzvü təklif edib ki, aidiyyatı qurumlarla dinləmələr
keçirərək “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların
prekursorlarının qanunsuz dövriyyəsi haqqında” qanun adından dəyişiklik
etmək lazımdır:
“Mövcud olan olan qanun layihəsinin adı dəyişdirilərək “Narkomaniyaya
qarşı mübarizə” olsun. İndi daha çox məktəbliləri və ali təhsil alan
gəncləri narkotik istifadə etməyə çəkirlər. Qərarda qeyd olunmalıdır ki,
orta və ali məktəblərdə reklam çarxları nümayiş olunsun ki, narkotik
istifadə edənlərin aqibəti necə olur. Son zamanlar oğurluq edənlərin
sayı çoxalıb və onlara nəzər yetirsək görərik ki, onların əksəriyyəti bu
cinayəti sırf narkotik alamq üçün törədir. Təəsüf ki, son zamanlar gənc
qızların narkotika marağı artıb. Xüsusilə də Azərbaycan kişiləri
qadınları bu işə cəlb edir”.
AzVision.az
Short URL: http://www.cumhuriyyet.net/?p=16955