Nömrə daşınması xidməti mobil operatorlar arasında rəqabəti gücləndirib
Əksər ekspertlər isə, bu xidmətin göstərilməsini gecikmiş addım kimi dəyərləndirirlər
istifadəyə verilməsindən bir il ötür. Əksər ekspertlər bunu gecikmiş
addım kimi qiymətləndirsələr də, xidmətdən istifadə edən vətəndaşların
sayı da az deyil.
sayəsində “Bakcell”ə keçdim. Nömrə daşınması çətin keçilən bir prosedur
deyil, xidmət də pulsuz həyata keçirilir. İndi sərfəli tariflər də var
və keyfiyyətdən razıyam”.
Nazirliyinin Məlumat Hesablama Mərkəzindən bildirilib ki, ötən ilin 1
fevralından etibarən göstərilməyə başlanılan bu xidmətdən indiyədək 12
mindən çox abunəçi istifadə edib.
musavat.com-a nömrə daşınması ilə bağlı fikirlərini bölüşüblər.
bildirilib ki, mobil nömrə daşınması xidməti vasitəsilə “Bakcell”
şəbəkəsinə qoşulan abunəçilərin sayı birlikdə digər iki şəbəkəyə qoşulan
abunəçilərin sayından daha çoxdur: “Ümumiyyətlə, 2014-cü ildə
“Bakcell” şəbəkəsinə daha çox abunəçi qoşulub. Mobil nömrə daşınması
xidmətindən istifadə edərək, mobil rabitə operatorlarını dəyişməyə qərar
vermiş bütün abunəçilərin 62 faizdən çoxu “Bakcell” şəbəkəsinə qoşulub.
“Bakcell” şirkəti bildirir ki, abunəçilər “Bakcell” şəbəkəsinə keçir və
şirkət hazırda mobil nömrə daşınması sahəsində liderdir. Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin məlumat hesablama mərkəzinin verdiyi
məlumata görə, indiyə kimi bu xidmətdən istifadə etmiş abunəçilərin sayı
12000 nəfərdən çoxdur. “Bakcell” şirkəti bildirir ki, bu abunəçilərin
7500 nəfəri öz nömrələrini məhz “Bakcell” şəbəkəsinə daşıyıb”.
Cəfərova bildirib ki, indiyə kimi 7500-dən artıq abunəçi öz nömrəsini
“Bakcell” şəbəkəsinə daşıyıb: “Bu da mobil rabitə operatorlarını dəyişməyə qərar vermiş bütün abunəçilərin 62 faizindən çoxu deməkdir”.
şəbəkədaxili zənglər üçün nömrənin əvvəlinə 055 prefiksini qoymaqla və
yeni on rəqəmli yığım formatına keçməklə mobil nömrə daşınmasının
tətbiqinə hazırlıq işlərini həyata keçirməyə başlayan ilk şirkət olub: “Bu xidmətin tətbiqindən bir il keçir. Bu müddət ərzində olan
göstəricilərə əsasən demək olar ki, bu xidmətin şirkətimiz və bütün
bazar üçün çox müsbət nəticəsi olub. Nömrə daşınması prosesinə start
verildiyi gündən biz mobil rabitə istifadəçiləri tərəfindən “Bakcell”
şəbəkəsinə böyük maraq müşahidə edirik”.
istənilən Müştəri Xidmətləri Mərkəzinə və “BakcellİM”ə yaxınlaşıb,
özünün mövcud olan mobil nömrəsini, sim kartını və şəxsiyyət vəsiqəsini
təqdim edir, xüsusi ərizə formasını doldurur. Nömrənizin “Bakcell”ə
köçürülməsi 6 gün ərzində həyata keçiriləcək. Həmin şərtlər tənzimləyici
tərəfindən müəyyən olunur və bütün operatorlara aid edilir. Daşınmanın
tam olaraq həyata keçirilməsinə 1 gün qalmış SMS vasitəsilə mövcud mobil
nömrənizə müvafiq məlumat gəlir. Daşınma vaxtına 2 saat qalmış hər iki
SİM-kart işləmir”.
bildirir ki, mobil nömrə daşınması telefon nömrəsini dəyişmədən mobil
rabitə operatorunu dəyişmək imkanı deməkdir: “Bu yolla müştərilər öz
mobil nömrələrini saxlamaqla bir mobil operatordan digərinə keçə
bilirlər. Bu zaman nomrənin prefiksi də olduğu kimi saxlanır. Öz mobil
rabitə təchizatçısını dəyişmək istəyən abunəçi daha yaxşı təklif
axtarır. Bəzən bu təklifi görür, lakin müxtəlif səbəblərdən təchizatçını
dəyişə bilmir. Səbəb isə odur ki, artıq onun mobil telefon nömrəsini
ona lazım olan hər kəs tanıyır, nömrəsini dəyişməklə o, bir çox
əlaqələrini itirmiş olur. Bu xidmət narahatlığı aradan qaldırır,
abunəçinin seçim etməsinə şərait yaradır. Məsələn, yüzlərlə əməkdaşı
olan bir şirkətin, başqa sözlə korporativ müştərinin telefon nömrələrini
dəyişdiyini təsəvvür edin. Təbii ki, şirkət əməkdaşlarının yeni
nömrələrini öz tərəfdaşlarına ötürməsi xeyli zaman alacaq. Amma nömrə
daşınmasının tətbiqindən sonra belə bir narahatlıq tamamilə aradan
qalxmış olur, nömrə olduğu kimi qalmaqla yalnız mobil rabitə
təchizatçısı dəyişir”.
bu, ömürlük orada qalmaq demək deyil. Çünki müştəri yenə öz əvvəlki
operatoruna qayıda, ya da yenisinə keçə bilər. Amma bunu 3 aydan tez edə
bilməz. Ancaq nömrə daşınması data kartlara şamil edilmir.
isə, çoxdan gözlənilən bu proses abunəçilərin istədiyi an öz nömrəsini
dəyişməmək şərtilə bir operatordan digərinə keçməyə imkan verir. Bu
zaman abunəçi öz nömrəsini saxlamaqla digər operatorun təklif etdiyi
daha sərfəli imkanlardan istifadə edə bilər: “Mobil Nömrə Daşınması
Xidmətinin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətə
davamlılığın artırılmasına, həmçinin, operatorlar tərəfindən abunəçilərə
göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Yeni
sistem, həmçinin, nömrə resurslarından effektiv istifadəni, istehlakçı
hüquqlarının daha yaxşı qorunmasını təmin edəcək”.
sisteminə Bakı və regionlarda özünün 200-dən artıq abunə mərkəzi
vasitəsilə qoşulmağa imkan yaradan ilk şirkət olub: “2014-cü il
fevralın 1-dən başlayaraq “Azercell” öz qapılarını nömrəsini saxlamaqla
“Azercell”in keyfiyyətli və etibarlı şəbəkəsinə keçmək istəyən hər kəsə
açdı. Bu sistemə keçiddən yararlanmaq üçün abunəçi əvvəlcədən onlayn
qeydiyyatdan keçərək şəxsiyyət vəsiqəsi ilə şəbəkəsinə keçid almaq
istədiyi mobil operatorun xidmət mərkəzinə yaxınlaşmalıdır. Hazırda
xidmətin istifadəyə verilməsindən bir il sonra məlumat vermək istərdik
ki, “Azercell” şəbəkəsinə keçid alanların sayı ilə digər mobil
operatorların şəbəkəsinə keçən abunəçilərin sayı, demək olar ki,
eynidir”.
daşınması proseduru hələ qüvvədədir. Ancaq bu xidmətdən istifadə edən
abunəçilərin sayının azlığı nəzərə çarpacaq hər hansı bir xüsusi
nəticənin əldə edilməsindən danışmağa imkan vermir: “Mobil nömrə
daşınması layihəsi dövlət və mobil operatorlar tərəfindən birgə həyata
keçirilən bir layihədir və ona başlamazdan öncə müəyyən texniki və
inzibati hazırlıqlar tələb olunurdu. “Nar Mobile” da bu layihəni dövlət
tərəfindən müəyyən edilmiş vaxtda başlamışdı. Dünyada olan praktikaya
nəzər salsaq, görərik ki, bu xidmət işə düşdükdən sonra mobil
operatorlar arasında korporativ seqment uğrunda rəqabət artır. “Nar
Mobile” da şirkətlərə istəklərinə və ehtiyaclarına uyğun təkliflər
hazırlayır. Amma ümumilikdə bütün gözləntilərə baxmayaraq, xidmətdən
istifadə edənlərin sayı azdır”.
ərzində daim sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif
planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və
sərfəli qiymət siyasəti və xidmətlərin keyfiyyətinə görə abunəçilərin
rəğbətini qazanıb: “Münasib danışıq tarifləri ilə yanaşı, mobil
operator abunəçilərinə müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet
paketlərini də təqdim edir. “Nar Mobile”ın təqdim etdiyi rouminq
təklifləri də xüsusilə qeyd olunmalıdır. Belə ki, rouminq təklifinə
görə, abunəçi səyahət etdiyi hər zona üzrə eyni qiymət ödəyir. Bizim
təkliflərimiz müxtəlif qrup insanların ehtiyaclarına cavab verərək
sadəliyi və müxtəlifliyi ilə seçilir. Biz xidmətlərimizin keyfiyyətini
daim yüksəldərək, sərfəli qiymət siyasətimizi gələcəkdə də davam
etdirməyi düşünürük. Mobil nömrə daşınması xidməti isə öz növbəsində
abunəçilər üçün geniş imkanlar yaradır. Bu xidmətə müraciət edən şəxs öz
nömrəsini dəyişmədən operatorunu dəyişə bilir. Üstəlik, başqa
operatorun şəbəkəsinə qoşulduqda köhnə operatora aid olan prefiks belə,
dəyişmir. Bu isə yeni nömrə alarkən, nömrəni dəyişərkən qarşıya çıxan
çətinlikləri aradan qaldırır”.
1997-ci ildə Cənub-Şərqi Asiyanın telekommunikasiya bazarında başlanıb.
Sonra isə bu təcrübə Niderland, Böyük Britaniya və digər ölkələr
tərəfindən mənimsənilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=16956