Masallının icra başçısı camaatı hədələdi

02.02.2015 - 21:14

Rafil Hüseynov hesabat yığıncağında
bələdiyyə seçkilərinin saxtalaşdırılması ilə bağlı faktları yayanları
həbs etdirəcəyini bəyan edib

Masallıda son bələdiyyə seçkilərində yaşanan sakandallar, icra başçısı
Rafil Hüseynovun seçki prosesinə müdaxiləsini təsdiqləyən faktların üzə
çıxması, saysız-hesabsız saxtakarlıqların üzə çıxması bir Seçki
Dairəsinin ləğv edilməsinə gətirib çıxardı. Lakin bütün bunlara
baxmayaraq, icra başçısı hələ də ənənəsinə sadiq qalaraq bunları etiraf
edə bilmir. Əksinə, son günlər bu məsələdə açıq hədə yolunu seçib.

JAM.AZ Asiya.az-a istinadən xəbər verir ki, ötən həftə Ərkivan
qəsəbəsində hesabat yığıncağı keçirilərkən skandal yaşanıb. Belə ki,
həmin hesabat yığıncağında qəsəbənin В«sürətlə inkişaf etdiyiВ», son
bələdiyyə seçkilərinin В«ədalətli və təmizВ» keçirildiyi vurğulanıb. Və
mərəkə də bundan sonra qopub.

Məlumatda deyilir ki, çıxış üçün söz alan qəsəbə sakini Afər Cahangirov
deyilənləri yalan adlandırıb. O, qəsəbənin 3 məhəlləsində sakinlərin
vəsaiti hesabına görülən abadlıq işlərinə şəxsən başçılıq etdiyini və bu
işlərin Ərkivan qəsəbə inzibati ərazi dairəsi ilə heç bir əlaqəsinin
olmadığını bildirib.

Daha sonra çıxış edən qəsəbə sakini İldırım Nəzərov isə bələdiyyə
seçkiləri zamanı Ərkivanda baş vermiş qanun pozuntularında danışıb. Bu
qanun pozuntularını əks etdirən video görüntüləri mətbuatda
ictimailəşdirdiklərini və adiyatı qurumlara şikayyət etdiklərini
bildirib. Şikayətlər əsasında Ərkivan qəsəbəsində bir seçki məntəqəsinin
ləğv edildiyini nəzərə çatdırıb.

Masallının icra başçısı Rafil Hüseynov da yığıncaqda iştirak edirmiş və o
da çıxış edib. Və ənənəsinə sadiq qalaraq, tənqidə dözümsüzlük nümayiş
etdirməklə yanaşı, həm də həbslərin anonsunu verib. Məlumata görə, Rafil
Hüseynov çıxışı zamanı bəyan edib ki, seçki saxtakarlığını əks etdirən
video görüntülər montaj edilib. Və bunların həqiqəti əks etdirmədiyini
vurğulayıb. Yekunda isə bəyan edib ki, bu çəkilişləri mətbuata
ötürənləri həbs etdirməklə cəzalandırılacaq.

Qeyd edək ki, Masallı cənub bölgəsində ən həssas rayonlardan biri
sayılır. İcra başçısı Rafil Hüseynovun yarıtmaz fəaliyyətinin nəticəsi
olaraq rayonda dəfələrlə etiraz aksiyaları keçirilib. Əhalinin
narazılığı isə pik həddədir və yerli müşahidəçilər iddia edirlər ki,
proseslər hər an nəzarətdən çıxa bilər. Çünki icra başçısı və
ətrafındakılar insanları artıq çörəklə imtahana çəkməyə başlayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=16958

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728