Sumqayıtda şok olay: qatil bəlli, amma azadlıqda…
sakin, 1993-cü il təvəllüdlü Ağayev Kənan Şahin oğlu olub. Bu barədə
vesti.az-a Sumqayıt Şəhər Polis İdarəsindən bildiriblər. Məlum
olub ki, K.Ağayev aldığı bıçaq yaralarından bu gün səhər saat 9
radələrində şəhər xəstəxanasında ölüb. Fakt üzrə şübhəli bilinən şəxs
həbs edilib. Bu, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Cəfərov
Elnur Müzəffər oğludur.
mübahisə 3-cü polis bölməsinin ərazisində yerləşən çayxanada baş verib.
İki gənc arasında çayxanada mübahisə başlayıb, sonradan bu mübahisə
bıçağa əl atmaqla nəticələnən davaya çevrilib. Bu zaman K.Ağayev işə
qarışaraq dava edənləri ayırmaq istəyib. K.Ağayevi
görən dava salanlardan biri əlverişli andan istifadə edərək bıçaq
zərbəsindən yayınaraq hadisə yerindən qaçıb. Amma bıçaqla silahlanan
şəxs qəzəbini Ağayevə töküb. Ağayev bir anlıq cinayətkardan yayınıb,
amma qəzəblənmiş cinayətkar öz qurbanını 9-cu mikrorayon ərazisində
“Aygün” şadlıq evinin qarşısında haqlayıb və ona bir neçə bıçaq zərbəsi
endirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=16961