ŞOK İDDİA: Gülənin öldüyünü gizlədirlər

03.02.2015 - 01:19

Türkiyə
Nazirlər Kabinetinin iclasından sonra baş nazirinin müavini Bülənt
Arıncın keçirdiyi mətbuat konfransında onunla bir jurnalist arasında
maraqlı dialoq yaşanıb. Türkiyə mediasının verdiyi məlumata görə, jurnalistlərdən biri
camaat lideri kimi tanınan Fəthullah Gülənin ölümü ilə bağlı səslənən
iddialara baş nazirin münasibətini öyrənmək istəyib.

Jurnalistin “Fəthullah Gülənin 2013-cü il sentyabr ayında öldüyü
deyilir. Bu barədə nələr söyləyə bilərsiniz?” sualı qarşısında Bülənt
Arınç əvvəlcə çaş-baş qalıb, xəbərin mənbəyini soruşduqdan sonra isə
“Mənə dərman gətirin” deyib.

Jurnalist və baş nazir arasındakı dialoq aşağıdakı kimi olub:

-Camaatın lideri olaraq tanınan Fəthullah Gülənin 2013-cü ilin
sentyabrın öldüyünü söyləyirlər. Deyilənə görə, camaatın dağılmaması
üçün bu xəbəri gizlədirlər. Bu barədə nə deyə bilərsiniz?

-Bunu ciddi hesab etmirəm.

-Qəzetlərdə çıxıb.

-Hansı qəzet?

-“Egenin səsi”.

-“Egenin səsi”mi? Yerli bir qəzetdirmi? İndi xəbərin tamamilə qeyri-ciddi olduğunu anladım.

-Bu qəzet illərdir ki, dərc olunur.

-Aman Allahım, sən ağlımı qoru. Mənə dərman verin. Bu qızımız məni bitirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=16962

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728