Avropa siyasətçiləri İran rejimin tənqid etdi

20.01.2022 - 23:13

Yanvarın 17-ində İranda yaşayan xalqların azadlığı uğrunda mübarizə aparan İran Xalq Mücahidləri Təşkilatı Avropanın tanınmış ssiyasi simaları ilə birgə İran adlanan yerdəki hazırki durumla bağlı müzakirəsi keçirilib. Müzakirədə Avropanın nüfuzlu dövlət adamları iştirak edib. Belçikanın keçmiş baş naziri Qay Verhofstadt (1999-2008) İranda aparılan represiya siyasətindən danışaraq 1988-ci ildə baş vermiş insan qırğının BMT-də xüsusi müzakirə olunmasını və bununla bağlı tədqiqat aparılmasını bildirmişdir. Britaniya parlamentinin sabiq spikeri Con Berko  (2009-2019) çıxışında istər şah, istər dini rəhbər, istərsə də prezident olmasından asılı olmayaq insanların ölümünə qərar verilməsinin məqbul olmadığını vurğulamışdır. O, çıxışında bildirmişdir ki, demokratiya və insan azadlığından üstün heçnə yoxdur və İran bu prinsiplərə əməl etmir.  2006-2014-cü illərdə İsveçin baş naziri olmuş Fredrik Reinfeldt çıxışında İran adlanan rejimdə seçkilərin saxtakarlığına diqqət çəkərək, prezidentin və parlament üzvlərinin xalq seçimi ilə deyil təyinatla müəyyənləşdirdiyini bildirərək, belə bir idarəetməni xalq iradəsinə söykənmədiyini vurğulamışdır. İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini (2002-2011) çıxışında İran adlı rejimdə insanların edam cəzasına etiraz edərək bunu müasir dövlət idarə etməsinə və bütün dinlərin prinsiplərinə zid olduğunu bildirmişdir. O, çıxışında Roma Papası Fransiskin sözlərinə istinad edərk bildirib ki, Allah adına adam öldürmək küfrdür. Həqiqi möminlər zalım deyillər. Amma hazırda azad İran uğrunda həyatını itirənlərin hamısı daha yaxşı müsəlmandır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169669

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031