Azərbaycanda banklar müştərilərini necə aıdadır?

03.02.2015 - 10:28

Azərbaycan bankları reklamlarda müştərilərin və əhaliyə yalan
vədlər verə bilməyəcəklər. Milli Məclisdə müzakirə olunan “Reklam
haqqında” qanun layihəsində bank və investisiya məhsullarının reklamı
ilə bağlı ciddi dəyişikliklər var.
Fins.az-ın
məlumatına görə, söhbət əsasən kreditlərin verilməsindən və əmanətlərin
qəbulundan gedir. Belə ki, sənədə əsasən, bank məhsullarının
şərtlərinin dəyişməsi ilə bağlı reklam hazırlanarkən kreditlərin və
əmanətlərin həm əvvəlki, həm də indiki faiz dərəcələri konkret
göstərilməlidir. Məsələn, indi banklar keçirdikləri kampaniyalarda
kreditlərin 3% ucuzlaşdığını bildirirlər, amma konkret olaraq faiz
dərəcəsinin əvvəl neçə olduğunu və bundan sonra neçə olacağını
bildirmirlər. Bundan sonra isə, banklar faiz dərəcələrinin əvvəl və
sonra necə olduğunu dəqiq göstərməli olacaqlar.
Üstəlik,
reklamda kampaniyanın hansı müddətdə qüvvədə olacağı da öz
göstərilməlidir. Daha bir yenilik isə ondan ibarətdir ki, öz qiymətli
kağızlarını satanlar köhnə göstəricilər əsasında investorlara gəlirlilik
vəd verə bilməyəcəklər. Üstəlik, potensial investorlar gəlirə təsir edə
biləcək bütün riskləri əvvəlcədən bilməlidir.
Həmçinin
dövlət qeydiyyatına alınmamış və fond birjası tərəfindən hərraca
çıxarılmamış qiymətli kağızların reklamına icazə verilməyəcək. Bundan
başqa, daşınmaz əmlak tikintisi ilə məşğul olanlar onun əvvəlcədən pay
şəkildə satışını o halda reklam edə bilər ki, yerli icra hakimiyyəti
orqanından lazımi icazə alsınlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=16969

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728