Bakı Dövlət Universitetinin Qazax filialında qış imtahan sessiyası uğurla davam edir
Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. Ənənəvi formada davam edən imtahanlarda şəffaflıq və obyektivlik tam təmin olunub.
Mediaxeberleri.Az olaraq, qış imtahan sessiyasının gedişi barədə BDU-nun Qazax filialının müəllimi professor Valeh Nəsiblinin fikirlərini öyrəndik:
“İlk olaraq onu qeyd etmək istərdim ki, imtahan sessiyası çox yüksək səviyyədə təşkil edilib. Koordinator müəllimlər də imtahanların daha yaxşı keçirilməsində əllərindən gələni edirlər. Tələbələrin aktivliyi hiss olunur. Eləcə də Tədrisin təşkili və idarə olunması BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov tərəfindən imtahan prosesinə ciddi nəzarət olunur. Təbii ki, ənənəvi təhsilə dönüş hamıdan əvvəl biz müəllimləri sevindirir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=169708