İŞİD Özbəkistana hücumlar edəcək
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Özbəkistana qarşı
hücum planları hazırlayıb. Bununla bağlı Özbəkistan Milli Təhlükəsizlik xidmətinin əməkdaşı
Alişer Xamdanov açıqlama verib. Onun sözlərinə görə, hücumlar
əsasən 2015-ci ilin yazında həyata keçiriləcək.
Xamdanov bu məlumatların 2014-ci ilin noyabr-dekabr aylarında Özbəkistanda
saxlanılan İŞİD terrorçuları tərəfindən yayıldığını bildirib.Terrorçular
qeyd edibər ki, hücumlar martın 29-da ölkədə baş tutacaq prezident seçkiləri
ərəfəsində daha da intensivləşəcək.(teleqraf.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=16972