Etibar Pirverdiyev obyektlərini satır?

03.02.2015 - 11:41

“Azərenerji” ASC-nin sədri işdən azad ediləcəyi
halda biznesini itirməkdən ehtiyatlanır

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri
Etibar Pirverdiyevin başının üstünü qara buludlar alıb. Son günlər adı tez-tez
mətbuatın gündəminə gələn məmurun yaxın vaxtlarda vəzifədən çıxarılacağı ilə
bağlı maraqlı iddialar ortaya atılıb. Buna səbəb kimi, “Azərenerji” ASC-nin dövlətə
külli miqdarda borcunun yaranması, həmçinin yol verilən maliyyə israfçılığıdır.
Qeyd edək ki, Etibar Pirverdiyev də aktiv biznes fəaliyyəti ilə məşğul olan
məmurların arasında göstərilir, hətta ön sıralarda yer alır. Mətbuatda yazılan
çoxsaylı məqalələrdən onun biznesinin əsas hissəsini şimal bölgəsində qurduğu
aydın şəkildə görünür.

Xatırladaq ki, bir müddət əvvəl Etibar Pirverdiyevlə Elbrus
Məmmədov adlı iş adamı arasında 2,4 milyon manatlıq əmlak məsələsi gündəmə gəlmiş,
həmin vaxt ASC sədrinin karyerası üçün ciddi təhlükə yaranmışdı. Yayılan
məlumata görə, Elbrus Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhim
Məmmədov küçəsində yerləşən dörd mərtəbəli mülk 2011-ci ildə ASC sədrinə
satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə
“Azərenerji” ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub.
E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov bildirib ki, müvəkkilinə məxsus
olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə
100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona
2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə 100 min
manatı ala bilmədiyini söyləyib. Şikayətçi yazıb ki, alqı-satqı müqaviləsinə görə
mülkiyyət real qiymətindən aşağı – 800 min manata göstərilib və səbəbini də
“vergidən yayınma məqsədi” ilə izah edib. Şikayətçi tərəf pulun
verilməməsində alqı-satqı məsələlərində iştirak etmiş “Azərenerji”
sədrinin qaynı Hikməti də günahlandırıb. Etibar Pirverdiyevin adı həmçinin
digər qanun pozuntularında da hallandırılıb. Belə ki, bir müddət öncə mətbuatın
yazdığına əsasən, ASC sədri tender keçirmədən, yalnız müqavilə ilə
“Azərenerji”nin bütün layihələrini “Azenco”ya verir və bu məqsədlə
də milyonlarla manatı ASC-nin hesabına köçürür: “Maraqlı məqamlardan biri
də budur ki, həmin ASC də təmir-tikinti, həmçinin, enerji layihələrində
istifadə olunan bütün mal-materiallar, həmçinin sayğaclar, Etibar Pirverdiyevin
nəzarətində olan özəl firmalardan alınır. Bu firmaların əsasən Çin Xalq
Respublikası ilə əlaqələri var. Bəzi materialları, əsasən kabelləri isə yaxın
aylara qədər Rusiyadan gətirirdilər. Lakin Sumqayıtda “Texnopark”
istifadəyə verildikdən sonra oranın istehsal etdiyi nisbətən keyfiyyətsiz
kabelləri alırlar. Bununla yanaşı, sözügedən firmalar vasitəsi ilə
“Azenco”ya satılan bütün mal-materiallar və aksessuarların qiyməti
sənədlərdə dəfələrlə şişirdilir. Çindən alınan məhsulların bir qismi, xüsusilə
“Smartkart” tipli sayğaclar Etibar Pirverdiyevin tələbə yoldaşı və
hazırda “Azenco”nun Aşağı Gərginlikli Elektrik Verilişi Xətlərinin
Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsinin
rəisi Əbülfət Kamilov tərəfindən ölkəmizə gətirilir. Təsəvvür edin ki, Çindən
gətirilən sayğacların hər biri “Azenco”ya 350-400 manata başa gəlir.
Əgər bu gün Azərbaycanın, Bakı istisna olmaqla, bütün rayonlarının
sayğaclaşdırma işinin Əbülfət Kamilovun rəhbərlik etdiyi idarənin sərəncamında
olduğunu, həmçinin, 5-6 milyon abonentin sayğacla təmin olunduğunu nəzərə
alsaq, ortada artıq milyonların deyil, milyardlarla vəsaitin dövr etdiyi məlum
olar”. Yazının əvvəlində qeyd etdiyimiz kimi, məmur biznesinin demək olar
ki, tamamını şimal bölgəsində, xüsusilə Qusar rayonunda yaradıb.

Bizə çatan məlumatlara əsasən, Etibar Pirverdiyevin
heyvandarlıq sahəsi üzrə böyük biznesi var. Məlumata görə, qışda Aranda, yayda
isə yaylaqlarda saxlanılan bu sürülərdə saxlanılan qoyunların sayı 100 min
başdan çoxdur. Amma heyvanların sayı artdıqca, onların saxlanılmasında da
problem yaranır. Elə bu sbəbdən də Qusarda Etibar Pirverdiyevin adamları ilə
yerli sakinlər arasında narazılıq baş qaldırıb. “Problem rayonun Ləzə
kəndi yaxınlığında yerləşən “Govdan dərə” adlı yay otlaq sahələri ilə
bağlı olub. Belə ki, uzun illərdir yerli camaat həmin ərazidən özü üçün otlaq
kimi istifadə etsə də, ötən ildən etibarən “Govdan dərə” yaylağı
onların əlindən alınıb. Üstəlik, yerli sakinlərin əraziyə girişinə qadağa
qoyulub”, deyə məlumatda vurğulanıb. Lakin son vaxtlar “Azərenerji”
ASC-nin rəhbərinin dəyişdiriləcəyi ilə bağlı xəbərlərin ortaya çıxması
adıçəkilən məmurun biznesinə ciddi mənada təsir edib. Qusardakı mənbələrdən
aldığımız ən son məlumatlara görə, Etibar Pirverdiyev rayondakı obyektlərinin
bir neçəsini satışa çıxarıb: “Bura “Şahdağ” istirahət
kompleksinə gedən yolun üstündə yerləşən “Qusar” restoranı, kafelər,
marketlər və avtomobil təmiri sexləri daxildir. Etibar müəllimin həmin
obyektləri hansı səbəbdən satışa çıxarması barədə dəqiq bir söz deyilmir”.
Görünür, ASC sədri vəzifəsini itirəcəyi təqdirdə biznes obyektlərinin əlindən
çıxacağından ehtiyat edir.(gundelik-baki.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=16973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728