8-ci kilometr bazarını alan naməlum milyonçu kimdir?
Əmlak Məsələləri Dövlət Komitəsi в„– 4 bazarın bazasında
yaradılan “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə
investisiya müsabiqəsinin nəticəsini elan edib.
Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 mln 180
min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib
elan edib. Qalibin və digər iştirakçıların adı açıqlanmır. Müsabiqə Komissiyası işini 16 yanvarda bitirib. Nəticələr ƏMDK-nin orqanı olan “Mulkiyyət” qəzetində 31 yanvarda açıqlanıb.
Müsabiqənin qalibi dövlət büdcəsinə 312 min manat köçürüb. ƏMDK
investisiya qoyuluşunu təsdiq edəndə nominal qiyməti 1 mln manat olan
səhmlərin 99,89%-i investorun olacaq.
Xatırladaq ki, bu, 8-ci kilometr qəsəbəsindəki в„– 4 bazarın ikinci
özəlləşməsidir. 1980-ci ildə yaradılan bazar 2000-2001-ci illərdə çek və
pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən ƏMDK-nin
qərarı məhkəmə qərarı ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə
qaytarılıb. Dövlət yüzlərlə mülkiyyətçinin itkisinin əvəzini ödəməyib.
2008-ci ilin fevralında “Ticarət Mərkəzi-4” MMC yaradılıb. Bu hüquqi
şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda
MMC-nin bazasında “8-ci km Ticarət Mərkəzi” ASC yaradılıb (Turan).
Short URL: http://www.cumhuriyyet.net/?p=16974