Xankəndi İrəvan savaşı başlayır

03.02.2015 - 12:51

Ermənistanda baş verən son hadisələr yaxın perspektivdə “Qarabağ”
klanının hakimiyyətdən gedəcəyini, İrəvanla Xankəndi arasında qarşıdurma
yaranacağını düşünməyə əsas verir.
ANS PRESS-in məlumatına görə, müxtəlif erməni siyasətəçilər artıq
bununla bağlı addımlar atmağa başlayıblar. Məsələn, “İrs” partiyasının
lideri Raffi Ovannisyan Serj Sarkisyanı istefa verməyə çağırıb və daha
sonra Azərbaycanın işğal edilmiş ərazilərini hüquqi səviyyədə ilhaq
etməyə, özü demişkən “vahid Ermənistan”ın ilk prezidentini seçməyə
çağırıb.

Politoloq İqor Muradyan isə Ermənistanın qərb cəmiyyətinə inteqrasiyası
ilə əlaqələndirir. Onun fikrincə, bu, indiki rəhbərliyin hakimiyyətdən
getməsi ilə nəticələnəcək. “Onların arxasında yalnız Rusiya var”, – deyə
politoloq vurğulayır. Politoloqun fikrincə, “Qarabağ” klanı həmin günə hazırlaşır və çıxış
yolunu Qarabağa Rusiya ordusunun yeridilməsində görür: “Qarabağa yeni
öhdəliyi var, oranın rəhbərliyinin də bu barədə təsəvvürü azdır,
İrəvandan onlara heç nə bildirmirlər – Qarabağa Rusiya qoşunları
yeridiləcək”, – deyə Muradyan bildirib.
Rusiya Ermənistandan çıxdıqdan sonra, yəqin ki, Qarabağdakı rejimlə
İrəvan arasında düşmənçilik başlayacaq. Onda Xankəndi rejiminin yenidən
Azərbaycanın yuridiksiyasını qəbul etməkdən başqa yolu qalmayacaq. Hər
halda, 60 min (bəzi hesablamalara görə 40 min) adamın yaşadığı kiçik bir
ərazi qlobal hüquq sistemi ilə qarşıdurmaya getməyəcək, getsə tarixdən
silinəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=16975

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728