Ukraynanın şərqində 5 358 nəfər ölüb, 12 mindən çox adam yaralanıb
03.02.2015 - 17:08

Ötən ilin aprelindən bu yana
Ukraynanın şərqində gedən döyüşlərdə 5 358 nəfərdən çox adam ölüb, 12
mindən çox adam isə yaralanıb.
Bu barədə fevralın 3-də BMT-nin insan haqları üzrə ali komissarı Zeid Raad Al Hussein məlumat verib.
O bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.
Onun sözlərinə görə təkcə yanvarın son 3 həftəsi ərzində azı 224 nəfər ölüb, 545 nəfər isə yaralanıb.
Komissar xəbərdarlıq edib ki, hərbi əməliyyatların genişlənməsi 5
milyondan çox sakinin yaşadığı bu bölgədə faciə ilə nəticələnəcək.
Həmçinin BMT-nin baş katibi Ban Ki Moonun müavini Yan Eliasson
fevralın 2-də Avropa Parlamentinin xarici məsələlərkomitəsində çıxış
edərkən deyib ki, vəziyyətin kəskinləşməsinə yol vermək olmaz (“Azadlıq.org”).
Short URL: http://www.cumhuriyyet.net/?p=16978