Putin azərbaycanlı maqnatı Kremlə çağırdı: “Heç bir layihəni dayandırmamısınız?”

03.02.2015 - 17:22

Rusiya prezidenti Vladimir Putin “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovu Kremlə çağırıb.

Virtualaz.org xəbər verir ki, Putin
azərbaycanlı neft maqnatından dünya bazarlarında neftin qiymətlərinin
aşağı düşdüyü bir vaxtda “LUKoil” şirkətinin işləri haqda soruşub.
V.Ələkbərov məruzə edib ki, neftin qiymətlərinin aşağı düşməsi hasilatçı
şirkətlərə çox güclü təsir edir, ancaq buna baxmayaraq “LUKoil” öz
işlərini ixtisar etməyəcək.

“Siz praktiki olaraq öz layihələrinizdən heç birini dayandırmamısınız?” – Putin soruşub.

“Yox. Bizim üçün 2015-ci il öz aktivlərimizin maksimum istismara
verildiyi il olacaq. 5 milyard dollarlıq layihələr işə düşür, bura neft
emalı, katalitik krekinq daxildir.  Bu il Permdə zavodun
modernləşdirilməsini başa çatdırırıq, Volqoqradda da işlərimiz
yekunlaşır. Hesab edirik ki, 2015-ci ildə irəliyə doğru böyük addım ata
bilərik. Biz işçilərimizi ixtisar etməyəcəyik, onların istehsal
qabiliyyətini artıracağıq”- Ələkbərov cavab verib.

“Bəs sizdə hasilat nə qədərdir?”- Putin maraqlanıb.

“Bu il ərzində Rusiya ərazisində 86 milyon ton hasil etmişik, yəni
hasilatı yeni açılan yataqların hesabına kompensasiya edirik. Bu il
Xəzərdə daha bir neft yatağı kəşf edildi və hazırda orada geoloji
kəşfiyyat işlərini yekunlaşdırmalıyıq”- Vahid Ələkbərov bildirib.

“Dəstək verəcəyik. Biz indi biznesi diversifikasiya edirik. Mən sizin
almaz xammalı hasil edən yeni müəssisənizdə olmuşam”- Putin deyib.

Ələkbərov “LUKoil”un almaz biznesini inkişaf etdirdiyini qeyd edib:
“Bu il biz yəqin ki, milyon yarım karat almaz hasil edə biləcəyik.
“ALROSA”ya baxanda əlbəttə, bu, azdır, ancaq almaz hasilatı özünü
doğruldur. Əminik ki, 5-6 ilə bu biznes gəlir gətirəcək”.

Bütün bunlar V.Ələkbərovun prezident Putinlə görüşünün telekameralara
açıq hissəsindəndir və şübhə yoxdur ki, Rusiya prezidenti azərbaycanlı
neft maqnatını təkcə bu söhbətə görə qəbul etməmişdi. İndi Rusiyanın
neft-qaz şirkətləri Qərbin sanksiyaları üzündən beynəlxalq maliyyə
bazarlarına çıxa, ucuz kreditlər cəlb edə və beləliklə də öz
layihələrini maliyyələşdirə bilmirlər. Bu isə neft-qaz və hasilat
sektorunda iş yerlərinin kütləvi ixtisarına səbəb ola bilər.

O cümlədən “LUKoil” şirkəti xarici banklardan kreditlər cəlb edə
bilmir və analitiklərə görə V.Ələkbərovun Putinlə görüşdə əsas məqsədi
federal ehtiyatlar fondundan şirkətə vəsaitlərin verilməsinə nail olmaq
idi. Ələkbərov vəd edir ki, əgər federal ehtiyatlardan “LUKoil”a pul
ayrılsa şirkət iş yerlərini ixtisar etməyəcək və hasilatı aşağı
salmayacaq. Artıq “Rosneft” və digər iri şirkətlər federal fonddan
vəsaitlər almaq üçün müraciət ediblər.

“LUKoil” Azərbaycanın “Şahdəniz” layihəsində 10 faizlik paya malikdir
və bu payı maliyyələşdirmək üçün xarici banklardan kredit cəlb etməkdə
çətinlik çəkir.

Short URL: http://www.cumhuriyyet.net/?p=16980

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728