Lamiyə Quliyevaya bəraət verildi
AzVision.az-ın əldə
etdiyi məlumata görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “01”
oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına
bəraət verilib.
Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən
Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən
verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib.
Quliyeva
Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya
Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib
Short URL: http://www.cumhuriyyet.net/?p=16983