Oliqarxların işğal etdiyi İsmayıllı

04.02.2015 - 00:11

İvanovka, Basqal, Buynuz və digər kəndlərdə nazir, general, oliqarx və bəstəkar mülkləri…
İvanovka, Basqal, Buynuz və digər kəndlərdə nazir, general, oliqarx və bəstəkar mülkləri…


Azərbaycanda iki rayonunda – Qubada və
bunun ardınca İsmayıllıda üsyan olayları uzun müddət müzakirə mövzusuna
çevrildi. Hər iki üsyanın arxasında söyüş, yerli sakinlərin ünvanına təhqir
dayandığı üçün insanlar ayağa qalxmalı oldular və nəticə də… Nəicə ötdü, amma səbəb ortadan qalxdımı. İsmayıllı rayonuna ezam olunan cumhuriyyet.az saytının əməkdaşının gördükləri mücbət cavaba əsas vermir…
İsmayıllıların heç bir problemi yoxdur?

Onu da qeyd etməliyik hər iki rayonun sakinləri təkcə
söyüşə görə ayağa qalxmamışdılar. Onlar həm də məmur-oliqarx özbaşınalığından
bezərək etiraz edirdilər. Təsadüfü deyil ki, istər Qubada, istərsə də
İsmayıllıda üsyan edən, villalar, hotel, xarici avtomobilləri yandıran əhali
çıxışılarında icra hakimiyyətinin başçısının üzr istəməsini, istefa verməsini və
bununla yanaşı yerli əhali üçün iş yerlərinin açılmasını tələb edirdilər. Ancaq təəssüf ki, onların istəkləri
yerinə yetrilmədi. Əksinə, Qubada olduğu kimi İsmayıllıda da etiraz edənlər həbs
olundu və onlara polis idarələrində min cürə işgəncələr verildi. Bu azmış kimi
günlərlə polis qüvvələri – Çevik Polis Alayının Əməkdaşları (ÇPA), Daxil
Qoşunların nümayəndələri İsmayıllıda və ona qonşu olan rayonlar da yerləşdirildi.
Düzdür, hazırda İsmayıllıda polis qüvvələri olmasa da, hadisələrin ilk günləridə
etirazçı vətəndaşlara verilən işgəncələr, rayonda hərbi-polis rejimi ilə
insanlarda xov yaradılması, daha sonra azadlıqdan məhrumetmə cəzaları onu göstərdi
ki, sakinlərin tələblərinin yerinə yetirilməsindan daha çox zor gücünə də olsa
sakitlik yaranmasına üstünlük verilir. Ancaq rayonda bircə dəfə olanlar bilir
ki, İsmayıllıda problemlər dizə qədərdir. Onların həll edilməsi isə məmurları,
hakimiyyəti maraqlandırmır.
Keçək rayonun problemlərinə. İsmayıllı da orta aylıq maaş 221 manatdır, halbuki
Bakıda bu rəqəm 517,2 manat təşkil edir. Rəsmi məlumatlara görə işsizlər 3%-dən
azdır, əslində işsizlik təkcə qonşu rayon olan Qəbələdən 4 dəfə çoxdur. Rayon
sakinləri işsizlik üzündən ya Rusiyaya gedir, ya da paytaxta üz tuturlar.
Rayonda fəaliyyət göstərən bircə dənə də olsun strateji obyektin rəhbəri yerli
sakin deyil. Bütün dövlət obyektlərinin rəhbərləri gəlmələr, ya da icra
başçısının nazir qardaşı olan Füzuli Ələkbərovun adamlarıdır.
İvanovkada hansı məmurlar özlərinə imarət ucaldıblar?

İsmayıllı rayonu dağlıq ərazidir. Yəni, buranın kəndləri
mal-qara üçün çox əlverişlidir. Yerli əhali təkcə maldarlıqla özünü yaşada bilər.
Di gəl, buna imkan vermirlər. Bütün sahələr inhisara alındığı kimi İsmayıllının
dağlıq əraziləri də məmur-oliqarxlar tərəfindən zəbt olunub.
Rayonun İvanovka kəndində sabiq Əmək və əhalinin sosial müdafiə naziri Füzuli
Ələkbərovun və iСЃra başçısı Nizami Ələkbərovun 10-dan çox malikanəsi var. F.Ələkbərovvə sabiq icra başçısı olan qardaşı
kolxozçuların evlərini ələ keçirərək özünə göz oxşayan imarətlər ucaldıb. Bu kənd
ölkədə yeganə ünvandır ki, Sovetdən qalma kolxoz təsərrüfatı hələ də burada
mövcuddur. Ancaq bu sürətlə davam edərsə yaxın gələcək hamısı məhv ediləcək.
Çünki Ələkbərovlarla yanaşı başqa məmur-oliqarxlar da buranı əraziləri zəbt edərək
özlərinə göz oxşayan malikanələr tikirlər. Nəticədə yerli əhalinin əkinə
yararlı torpaqları məhv olur.
İsmayıllı rayonu hələ Ələkbərovların kurasıyasında olan zamandan burda ölkənin
tanınan məmur-oliqarx kontingenti özünə imarət ucaldıb. İsmayıllını gözəl təbiəti
imkan vermir ki, ölkə məmurları öz nəfslərinə hakim kəsilsinlər. Məhz buna görə
də Nəqliyyat naziri Ziya Məmmədovun, onun deputat qardaşı Elton Məmmədovun,
Ədliyyə naziri Fikrət Məmmədovun, Füzuli Ələkbərovun müavini olmuş Nəbi adlı şəxsin
villaları İvanovkada ucaldılıb.
İvanovkada elə yerləri nazirlər işğal edib ki, bu ərazilər əvvəllər sakinlərin
gəzinti yeri oluib. Tək bir faktı qeyd edək ki, Füzuli Ələkbərov dəbdəbəli
villa tikdikdən sonra həmin ərazilərə heç kim buraxılmır. İmarətin ərazisi
kifayət qədər böyükdür: dağ, dərə və dağın arxasında düzəngah. Tikanlı məftillərlə
əhatələnən və mühafizə olunan villaya yaxın düşmək isə mümkün deyil. Onu da
qeyd edək ki, bu ərazilər hasara alınıb, tikinti işlərinə başlanılanda
ivanovkalılara deyilib ki, mehmanxana tikiləcək. Ancaq bir müddət sonra
mehmanxana adlandırılan yerdə villa görəndə hər şeyin yalan olduğunu duyublar.
İvanovkanın əhalisi kəndə olan problemlərlə bağlı dəfələrlə rayon icra hakimiyyətinə,
paytaxta üz tutsalar da, Prezident Administrasiyasına şikayət etsələr də heç nə
əldə olunmayıb.
Basqal necə işğal
olunub?

Zəbt olunmuş ərazilərin
siyahısında İsmayıllının Basqal kəndinin də adı keçir. Basqal da Daxili işlər
naziri Ramil Usubov, Təhsil naziri Misir Mərdanov, Nəqliyyat naziri Ziya Məmmədov,
Qafqazın şeyxi Allahşükür Paşazadə, Prezidenti Administrasiyasının Hüquq
mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsərov, AZAL-ın prezidenti
Cahangir Əsgərov, “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova, Diplomat
Akademiyasının rektoru Hafiz Paşayev, xalq şairi Zəlimxan Yaqub və başqa məmurların
imarətləri ucaldılıb. Burada villalar o qədər sıxdır ki, son illər Basqala gələn
turistlərin sayı azalıb. Səbəb isə odur ki, bütün istirahət obyektləri ələ
keçirilib. Bu və ya digər dərəcədə özəlləşdirilib. Ərazilər satın alınıb, buna
görə də sözügedən kəndə artıq maraq qalmayıb. Çünki turist bir yerə gəlirsə həmin
ünvanı qarış-qarış gəzmək istəyir. Basqalda isə qarış-qarış gəzməyə yer
qoymayıblar. Sadəcə bir-iki mehmanxana var ki, orada istirahət etməklə heç nə əldə
etmək olmaz.
Bu kənd demək olar ki, başdan-başa mühasirədədir. Kəndə ayaq basan istənilən
yad adam o dəqiqə nəzarətə alınır. Bütün villalar təhlükəsizlik kameralarıyla əhatələnib.
Yuxarıda adlarını qeyd etdiyimiz məmurlar ilin bütün fəsillərində malikanələrinə
gələrək istirahət edirlər, dağlar qoynunda ov ovlayırlar. Bu zaman Basqal kəndi
tamamilə ciddi nəzarətə götürülür. Basqalda Ziya Məmmədova məxsus istirahət
məkanı var ki, burada qiymətlər od tutub yanır. Bu, tikilinin inşasını xaricdən
gətirilən işçi qrupu hesabına tamamlayıblar. Bir sözlə burada tikilən bütün
obyekt və imarətlərin ucaldılmasında nə kəndin sakinləri, nəd rayon camaatı
iştirak edib.
Bundan başqa kənddə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hektarlarla
torpaq sahəsi, üzüm bağları var. Baxmayaraq ki, Füzuli Ələkbərov üzüm bağlarını
ələ keçirmək üçün uzun illər “fövqəlnazir”lə çəkişib, ancaq sonda məğlub duruma
düşüb. Yəni, Kəmaləddin Heydərov öz biznes imperiyasını sona qədər qorumağı
bacarıb.
Buynuzda kimlərin imarətləri var?
İsmayıllının Buynuz kəndi də rayonun zəbt olunmuş qəsəbələri sırasına
daxildir. Burada şair Baba Vəziroğlunun, rayonun polis rəisi Nizami Qocayevin,
Səbayel rayon polis idarəsinin rəisinin villaları var.
Bu kənd o biri kəndlər kimi hələ də başdan-başa zəbt olunmasa da, yaxın illər ərzində
tamamilə malikanələrlə əhatələnəcəyi göz qarşısındadır. Rayonun Çayqovuşankənd
adlanan qəsəbəsində də məmurlar özlərinə villalar tikməyi bacarıblar. Belə ki,
burada Füzuli Ələkbərovun, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin
Sadıqovun, Milli təhülkəsizlik nazirinin müavini Hilal Əsədovun malikanələri
ucaldılıb.
İsmayıllının Talıstan kəndi isə o biri qəsəbələrə nisbətən az ələ keçirilib.
Belə ki, burada Ələkbərovlar qardaşlarına məxsus bir hotel, digər nazirlərə aid
isə bir neçə malikanə var.
Rayonun Vələsin yaylağı adlanan ünvanda Füzuli Ələkbərovun daha bir böyük imarət
var ki, ilin çox vaxtını burada keçirir. Buradan ova gedən nazir və onun
yaxınları bu imarətə gəlmək üçün vertolyotdan istifadə edir.
Dağlarla əhatələnən Lahıc kəndi də məmurların istirahət guşələrindən biridir.
Baxmayaraq ki, bura hələ turistlər üçün açıq hava rolunu onaya bilir. Ancaq
inşa edilən bir neçə imarətlərdən sonra yəin ki, yaxın gələcəkdə kəndin qapalı
zonaya çevrilməsinə şərait yaradılcaq.
Kiçik sözardı…
İsmayıllıda baş verən üsyanın bir səbəbi də bu idi: Məmur-oliqarxlar özlərinə
imarət ucaldırlar, biznes imperiyalarını genişləndirirlər, yerli sakinlər isə hər
şeydən məhrum edirlər. Etirazların kökündə təkcə söyüşlər, təhqirlər yox, həm də
bu cür özbaşınalıqlar dayanır. Səbəb ortadan qalxmayıbsa nəticənin təkrarlanmayacağına
kim söz verə bilər?…
Bakı, İsmayıllı, Bakı

Çingiz Coşqun, Cumhuriyyet.az

 

Short URL: http://www.cumhuriyyet.net/?p=16985

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728