“20-dən çox erməni hərbçisini məhv etdik” – Zakir Həsənov son döyüşlərdən danışdı
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin tapşırığına əsasən keçirilən təlimlərin növbəti mərhələsində
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən
ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.
Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata
görə, Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə vətən və xalq
qarşısında məsuliyyətlərinə diqqət çəkərək təlim toplanışında mütəşəkkil
qaydada iştirak etdiklərinə, bir an belə tərəddüd etmədən Vətənin
müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır
olduqlarına görə təşəkkür edib. Nazir bilidirib ki, onlar bu təlimlərdə
iştirak etməklə döyüş qabiliyətlərini, hərbi ixtisaslarını və
təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və
modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından
tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək
imkanı əldə ediblər.
qarşı işğalçılıq siyasəti bu gün də davam edir. Silahlı Qüvvələrimiz
bütün imkanlardan istifadə etməklə düşməni işğal olunmuş
torpaqlarımızdan çıxarmağa qadirdir. Son zamanlar düşmən daha da
azğınlaşıb. Amma Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər
ki, Azərbaycan Ordusu və Azərbaycan əsgəri onların layiqli cavabını
verir və bundan sonra da verəcəkdir. Qısa bir müddət ərzində 20-dən çox
işğalçı məhv edilib. Düşmənin onlarla yaralısı var. Silahlı Qüvvələrimiz
də vətən uğrunda şəhid verib. Biz onların yaxınlarına və əzizlərinə baş
sağlığı veririk. Xalqımız bilməlidir ki, şəhidlərin qisası birə on qat
alınıb və bundan sonra da belə olacaqdır.” – deyə Müdafiə naziri bəyan
edib.
İlham Əliyevin tələb və tapşıpıqlarına əsasən yüksək səviyyədə təşkil
edilərək keçirildiyini bir daha diqqətə çatdırıb. Qeyd edək ki, Ali Baş
Komandanın göstərişinə əsasən birləşmə və hissələrin səfərbərlik
tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə
fevral ayının 2-də başlayan təlimlərə 15.000 nəfərədək şəxsi heyət,
300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq
qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin
qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə
bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış
zenit-raket birləşmələri, o cümlədən ehtiyatda olan 5.000 nəfərədək
hərbi vəzifəli cəlb edilib.
çərçivəsində ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə silah və hərbi
texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları,
mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=16987