DYP əməkdaşlarına gündə 3 dəfə öyrədirlər ki…

04.02.2015 - 01:20

Dövlət Yol Polisi Milli Məclisin üzvü Eldar İbrahimovun DYP əməkdaşına “dana” deməsinə münasibət bildirib. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol
Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov
bildirib ki, cəmiyyətdə elə insanlar var ki, polis əməkdaşları onları
tanımalıdır.
 
Şöbə rəisinin sözlərinə görə, bu barədə gün ərzində yol polisi əməkdaşlarına 3 dəfə təlimat keçirilir. Xatırladaq ki, dünən Milli Məclisin
iclasında müzakirələr zamanı deputat Eldar İbrahimov DYP əməkdaşlarının
qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət
vəkilləri ilə davranışlarında diqqətli olmalarını, qanunun tələblərinə
əməl etməli olduqlarını bildirib: “Onlar bəzi hallarda vətəndaşla kobud
danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı,
davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli
Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada
nə yazılıb. Mənə deyir ki, “bu kitabçadan hamıda var da”. Deyirəm, a
kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana”
hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=16988

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728