Gənc budoçuların uğuru

01.02.2022 - 12:06

Dünən Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə idmanın budo döyüş növü üzrə uşaqlar və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.
Üç gün davam edən respublika birinciliyində Astara, Lənkəran, Göyçay, İmişli, Goranboy, Tovuz, Ağdaş, Ağdam, Füzuli, Yevlax, Bərdə, İsmayıllı və Şəki rayonlarının idman klubları, Bakı şəhərinin 4 komandası, ümumilikdə, 147 idmançı fəxri yerlər uğrunda mübarizə aparıb.
Müxtəlif çəki dərəcələrində fəxri yerlərə sahib olan idmançılara Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təsis etdiyi diplomlar və medallar təqdim edilib.
Bu yarışda Qaradağ Rayonu Qızıldaş qəsəbəsini təmsil edən “Combat Fight Club” – un idmançıları da öz güclərini sınayıblar. Yarışa 14 nəfərlə qatılan “Combat Fight Club”ın idmançılardan 7-si 1 ci yer, 2-si 2-ci yer, 5 nəfəri ise 3-cü yerə layiq görülüblər. Klubun məşqçiləri Babayev İlkin ve Əsədli Seyhunu və bütün komanda üzvlərinin bu uğurda zəhmətləri müstəsnadır.
Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, yarışın baş hakimi Məhəmməd Babayev, hakim Səbuhi Vəliyev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri klubunun nümayəndəsi Ramiq Rəhmanov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyindən danışaraq, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=169881

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728