Müdafiə Nazirliyi: “Əsgəri polkovnik güllələməyib…”

04.02.2015 - 13:20

Tovuzda N saylı hərbi hissədə xidmət
edən, 6 yanvar 2014-cü ildə Cəlilabad rayonundan hərbi xidmətə yollanmış
19 yaşlı əsgər Tarverdiyev Çingiz Aydın oğlunun atası yerli mətbuata
açıqlamasında bildirib ki, oğlu 2015-ci il, yanvarın 27-də hərbi
hissənin polkovnik rütbəli komandiri tərəfindən güllələnib.
Onun
sözlərinə görə, yaralı əsgər Gəncə şəhər hərbi hospitalına aparılıb.
Başından güllə yarası alan əsgər hazırda koma vəziyyətindədir.
Bununla
bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin
mətbuat xidmətindən bildirirlər ki, əsgər atası Aydın Tarverdiyevin
dedikləri həqiqətəuyğun deyil və hadisə haqqında yanlış fikir
formalaşdırmaq məqsədi daşıyır: “Belə ki, hadisə ilə bağlı Hərbi
Prokurorluq tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Aydın
Tarverdiyev oğlunun məsuliyyətdən yaxa qurtarmasına çalışmaq məqsədilə
böhtan xarakterli xəbərlər yayır və ictimaiyyətə qeyri-dəqiq, qərəzli
məlumatlar verir. Halbuki söhbət zamanı əsgərin atası oğlu Çingiz
Tarverdiyevin uşaq vaxtlarından əsəbi olduğunu bildirib. Bundan əlavə o,
qeyd edib ki, oğlu Çingiz Tarverdiyev hərbi xidmətə gəlməmişdən əvvəl
də davranışlarında aqressiv olub. Əsəbiləşəndə özünü idarəetməni tez-tez
itirir, bu səbəbdən də atasının sağ əlinin barmağına balta ilə xəsarət
yetirib, iki qardaşına bıçaqla hücum edərək onları da bıçaqlamaq
istəyib”.
Mətbuat xidmətindən bildiriblər ki,
hospitalda həkimlərə təşəkkür edən əsgər atası heç kimi bu işdə
təqsirləndirməyib, oğlunun belə hadisəni törətməyə qadir olduğunu
dəfələrlə qeyd edib: “Əsgər Tarverdiyev Çingiz Aydın oğlu, onunla hərbi
hissənin psixoloqu tərəfindən aparılan söhbət zamanı özünün bildirdiyinə
görə o, əvvəl də iki dəfə özünə qəsd etməyə cəhd edib. Bütün bu
əməllərinə görə 2014-cü ilin may ayında əsgər Ç.A.Tarverdiyev öz
sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun
qaçırmağa görə təqsirli bilinərək məhkəmənin hökmünə əsasən 5 (beş) ay
müddətinə intizam xarakterli hərbi hissədə saxlanma cəzasına məhkum
edilib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=16990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728