İrəvan savaşa hazırlaşır

04.02.2015 - 13:40

Haykazn Qaqriyan: “Ermənistan dünya zibilliyinə atılacaq”
Ermənistan dünyada gedən iqtisadi müharibənin istənilən ssenarisinə hazır olmalıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan baş naziri Ovik
Abramyan hökumət iclasında bildirib. Abramyanın fikrincə, Ermənistan bu
“müharibə”də iştirak etmir, sadəcə, müşahidə edib mövqeyini müəyyən
etməlidir.

Erməni mətbuatı bu fikirlə razılaşmır və Avrasiya İttifaqına girmiş
rəsmi İrəvanın artıq çoxdan bu müharibədə cəbhə tutduğunu bildirir.

“Ermənistan antisivilizasiya qütbünü, yəni “zibillik qütbünü” seçib. Biz
bu iqtisadi müharibədən yaxa qurtara bilməyəcəyik. Bu müharibədə
Ermənistan dünya zibilliyinə atılacaq cəbhədə yer alır və o, həqiqi
ölkələr və cəmiyətlər üçün bir tabu örnəyi olacaq”, – deyə Ermənistanın
tanınmış jurnalisti Haykazn Qaqriyan bu barədə bu gün yazdığı
məqaləsində bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=16992

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728