10 Mənzil kommunal təsərrüfatı birliyi vergidən yayınır
Azərbaycanda 10 Mənzil kommunal təsərrüfatı birliyinin vergidən yayındığı məlum olub.
APA-nın məlumatına görə, fevral ayının 4-ə olan borclu vergi
ödəyicilərinin siyahısı Vergilər Nazirliyinin saytında yerləşdirilib.
Məlumatda qeyd edilib ki, Bakı şəhərinin Xətai, Yasamal, Nəsimi,
Suraxanı, Sabunçu və Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi,
Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri
Birliyi, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi və Lənkəran şəhər
Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi vergi borcunu ödəmir.
Borclu vergi ödəyicilərinin siyahısında Qaradağ rayon Kanalizasiya
İdarəsi və “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsi də yer
alıb.
Bununla yanaşı borcun məbləği göstərilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=16995