Sabirabad rayon Hərbi-həkim Komissiyasının sədri rüşvət alarkən həbs edilib
mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabirabad rayon
sakininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Sabirabad rayon şöbəsinin Hərbi-həkim Komissiyasının sədrinin ondan
rüşvət tələb etməsinə dair müraciəti Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində
xidmətin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədri,
Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rail
Musayev xidməti vəzifəsinin icrası ilə əlaqədar rayon sakininin
övladının hərbi xidmətə yararsız hesab olunmasına dair müvafiq tibbi
sənədlərin rəsmiləşdirilməsi müqabilində özü üçün tələb etdiyi 500 manat
məbləğində pulun 200 manatını 3 fevral 2015-ci il tarixdə xidməti
otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət
işi başlanan və R.Musayevə həmin maddədə nəzərdə tutulan ittiham elan
edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=16998