Füzulidə hesabat iclası keçirilib

04.02.2015 - 11:32

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli
rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ötən
il rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurla
icra olunduğu, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə
çatdırılmışdır.

Füzuli rayon
İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış etmişdir. Alı
Alıyev bildirilmişdir ki, ötən il Horadiz şəhərində Bayraq Meydanı, Qəhrəmanlar Parkı, tikiş sexi,
boulinq zalı, Xocalı Soyqırımı Qurbanlarının xatirəsinə abidə kompleksi, Qəhrəmanlar
Parkı, Heydər Əliyev Fondunun vasiti hesabına uşaq bağçası, Tarix Diyarşünaslıq
Muzeyi, Rayon İcra Hakimiyyətinin inzibati binası tikilmiş, ölkə Prezidenti cənab
İlham Əliyev 28 avqust 2014-cü ildə rayona səfəri zamanı həmin obyektlərin
açılışında iştirak edərək görülən işləri yüksək qiymətləndirmişdir.

Alı
Alıyev qeyd etmişdir ki, 2014-cü ildə Heydər Əliyev parkı genişləndirilımiş, Gənclər
prospekti salınmışdır. Beş küçə müasir dizaynla yenidən inşa edilmiş, rayon ərazisində
80 mindən artıq müxtəlif ağac və gül kolları əkilmişdir.

Alı
Alıyev bildirmişdir ki, hazırda Horadiz şəhəri ilə
yanaşı rayonun kəndlərində də tikinti-quruculuq işləri aparılır, Əhmədbəyli kəndində
340 şagird yerlik gimnaziya, Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun vəsaiti
hesabına uşaq bağçası, Əhmədbəyli kəndində 35 çarpayılıq uşaq bağçası inşa
edilir, yaxın vaxtlarda rayon ərazisində yeni qəsəbənin tikintisinə start veriləcəkdir.

Alı Alıyev hesabat məruzəsində füzulili məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, əhalinin təbii
qaz, elektrik enerjisi və su təminatının yaxşılaşdırılması ilə bağlı
tapşırıqlar vermişdir

Hesabat iclasında uğurlarla
yanaşı problemlər də qeyd edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Bildirilmişdir ki, 2015-ci ildə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması
başa çatdırılacaq, Birinci və On Birinci Qayıdış qəsəbələrini birləşdirən avtomobil
yolu yenidən qurulması, əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsi, suvarma
suyuna olan tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı
Pənah Cahangirov iclasda çıxış edərək ölkədə sosial-iqtisadi sahədə gedən
inkişafdan və qarşıda duran vəzifələrdən danışmışdır.

İclasda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək
gördükləri işlərə dair hesabat vermişlər.

Sonra iclasın Qərar layihəsi oxunmuş, Prezident cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=17001

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728