Erməni kürd birliyi yaranır
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın İraqdakı səfiri
Karen Qriqoryan bildirib. Şimali İraq kürd muxtar bölgəsinin xarici
işlər naziri Fəllah Mustafa ilə görüşən erməni səfir bildirib ki,
həftədə iki dəfə İrəvandan Ərbilə təyyarə səfərləri təşkil ediləcək.
Fəllah Mustafa isə İrəvanın bu addımını dəstəklədiklərini vurğulayıb.
Onun fikrincə, baş konsulluğun açılması ermənilərlə kürdlərin iqtisadi,
siyasi və mədəni sahələrdə birləşməsinə imkan verəcək.
Erməni səfir Karen Qriqoryan tezliklə Ermənistanın Kürdüstana dəstək
verəcəyini bildirib. Səfir böyük ehtimalla İrəvanın Şimali İraq kürd
muxtar bölgəsinin müstəqilliyini tanıyacağına işarə vurub.
Beləliklə, Ermənistan siyasətində yeni dövr – tanınmamış rejimlərinin
tanınması dövrü başlayır. İrəvan bununla Dağlıq Qarabağda qurduğu işğal
rejimini tanıtmaq üçün persedent yaranmasına çalışır.
Amma Helsinki xartiyasına görə, Dağlıq Qarabağın müstəqilliyini
Azərbaycanın icazəsi olmadan heç bir dövlət tanıya bilməz. İrəvan bu
addımı atarsa, beynəlxalq hüququ tapdamış olar və bu, Azərbaycana öz
ərazi bütövlüyünü təmin etmək üçün dinc danışıqları dayandırıraraq
müharibəyə başlamasına əsas verə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=17003