Yaponiyada İŞİD-ə qarşı mübarizə – Qanun layihəsi təklif olunub

04.02.2015 - 17:29

Yaponiyanın baş naziri Şinzo Abe
silahlı qüvvələrə ölkə sərhədləri xaricində təhlükədə olan vətəndaşları
xilas etmək üçün əməliyyat həyata keçirmək səlahiyyəti verilməsini
istəyib. 
Avropa.info xəbər verir ki,
Abe bu fikrini İŞİD-in yaponiyalı jurnalist Kenji Gotonu edam etməsindən
sonra parlamentdə çıxışı zamanı səsləndirib. 
Yaponiyanın
ikinci dünya müharibəsindəki məğlubiyyətindən sonra qəbul etdiyi
pasifist konstitusiya ölkə sərhədləri xaricində həyata keçirilən
əməliyyatlara məhdudiyyət gətirir.
Yaponiya
hökuməti silahlı qüvvələrə tətbiq olunan məhdudiyyətləri
yüngülləşdirəcək qanun təklifini parlamentə təqdim etmək niyyətindədir. 
“Kollektiv
qanuni müdafiə” adı verilən bu doktrina qəbul edilsə Yaponiya müdafiə
siyasəti 60 ilin ən böyük siyasət dəyişikliyinə uğramış olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=17006

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728