Azərbaycanda özəl qəbiristanlıqlar yaradılır

04.02.2015 - 19:15

“İstədiyi formada abidə qoya bilərlər”

Azərbaycanda çoxdandır müzakirə mövzusu olunan məzarlıqlar və məzar daşları ilə bağlı sənəd yaxın vaxtlarda qüvvəyə minə bilər.
Bizimyol.info saytının məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin
sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, məzarlıqlar və məzar
daşları ilə bağlı layihə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi
tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə göndərilib.
Hazırda
ona Nazirlər Kabinetində baxıldığını vurğulayan M.Quliyev qeyd edib ki,
sənəd ya qanun kimi qəbul oluna, ya da Nazirlər Kabinetinin qərarı ilə
əsasnamə kimi təsdiq edilə bilər: “Bu, hökumətin qərarından asılıdır.
Əgər qanun layihəsi kimi qəbul olunması nəzərdə tutulsa, Milli Məclisə
göndəriləcək. Yəqin ki, yaxın vaxtlarda biz bu məsələsinin həllini
görəcəyik”.
Onun sözlərinə görə, layihədə həm
özəl, həm dövlət, həm də bələdiyyə qəbiristanlıqlarının olması nəzərdə
tutulub: “Nəzərdə tutulub ki, dövlət və bələdiyyə qəbiristanlıqlarında
qəbirüstü daşlar standart olsun, yəni qəbirlərin ölçüsü də, qəbirüstü
daşlar da eyni ölçüdə, sıraları da eyni qaydada olsun. Ancaq kim
dünyadan köçmüş yaxınının xatirəsini öz istədiyi şəkildə əbədiləşdirmək
istəyirsə, onlar özəl qəbiristanlıqlarda istədiyi daşdan, istədiyi
formada abidə qoya bilərlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=17015

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728