6 erməni hərbçisinin minaya düşməsinin görüntüləri yayıldı

04.02.2015 - 19:21

Yanvar ayının 31-də cəbhədə təxribat törədən Ermənistan Silahlı
Qüvvələrinin hərbi qulluqçularının məhv edildiyi əməliyyatın
görüntüləri yayılıb.
APA-nın məlumatına görə,
sosial şəbəkələrdə yayımlanan videoda 31 yanvar saat 15:00 radələrində
Qazax rayonu istiqamətində cəbhə xəttində təxribat törətmək məqsədilə
minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət
hərbi qulluqçusunun məhv olması əks olunub.
Videoda
Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının minaya düşmələri
aydın görünür. Erməni hərbçilər ağaclıq və kolluq sahə ilə Azərbaycan
Ordusunun mövqelərinə doğru yaxınlaşarkən minaya düşürlər.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı APA-ya bildirilib ki,
bu video cəbhədə təxribat törətməyə cəhd göstərən Ermənistan Silahlı
Qüvvələrinin verdiyi itkisi barədə Azərbaycan Müdafiə Nazirliyinin
yanvarın 31-də yaydığı məlumatı bir daha təsdiq edir.
“Ermənistan
Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədirdi. Onlar digər
hadisələri, itkiləri beləcə öz ictimaiyyətlərindən gizlətməyə
çalışırlar”, – deyə MN-dən bildirilib. 
Qeyd edək
ki, Azərbaycan MN-in cəbhənin Qazax rayonu istiqamətində minalanmış
sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi
qulluqçusunun məhv edilməsi barədə yaydığı xəbər Ermənistan Müdafiə
Nazirliyi tərəfindən təkzib edilmiş və belə bir hadisənin baş vermədiyi
bildirilmişdi.
Azərbaycanın müdafiə naziri,
general-polkovnik Zakir Həsənov isə ötən gün keçirilən genişmiqyaslı
hərbi təlimdə çıxışı zamanı qısa müddət ərzində 20-dən çox erməni
hərbçinin cəbhədə məhv edildiyini bəyan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=17016

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728