Məhkəmə hakimi qəza törətdi

04.02.2015 - 19:28

Gəncə Apelyasiya Məhkəməsinin hakimi qəza törədib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, bu gün saat
16:00 radələrində Gəncə-Bakı avtomagistralının Nizami məqbərəsi
yaxınlığında bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

Gəncə Apelyasiya Məhkəməsinin hakimi Azər Bayramov idarə etdiyi
“Volkswagen Touareg” markalı avtomobillə hərəkətdə olarkən hələlik
sürücüsünün kimliyi məlum olmayan “VAZ 2107” markalı avtomobillə
toqquşub. Qəza nəticəsində VAZ-ın sərnişini 18 yaşlı Günel Bayramova
Gəncə şəhər TTYX-nin Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın həkimi Mehman Hüseynovun verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti normaldır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=17017

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728