Azərbaycan qazının yolunu kəsmək istəyən gizli əllər…
Yunanıstanın yeni hökumətində enerji və təbii ehtiyatlar naziri
portfelini daşıyan keçmiş qatı kommunist Panayiotis Lafazanis
Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev və Azərbaycan Dövlət
Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “Socar Energy Greece”in baş
icraçı direktoru Anar Məmmədovla görüşüb.
saytı xəbər vermişdi ki, bu görüşdə nazir Yunanıstanın solçulardan
ibarət yeni hökumətinin Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə
tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsini ancaq bir şərtlə
dəstəkləyəcəyini bildirib: Yunanıstan bu kəmərdən maksimum fayda
götürsün.
populist şüarlarla qalib gələn “SYRİZA” partiyasının formalaşdırdığı
yunan hökuməti TAP kəmərinə dair 2013-cü ildə imzalanmış dövlətlərarası
müqavilələrə yenidən baxacağı ilə hədələyir. Müqavilənin şərtlərinin
dəyişdirilərək Yunanıstana çatacaq tranzit gəlirlərinə və bu ölkənin
kəmər vasitəsilə alacağı qazın qiymətlərinə yenidən baxılmasına nail
olmaq istəyir.
nəqli üçün nəzərdə tutulan, başlanğıcını Xəzərdəki “Şahdəniz” yatağından
götürən və Avropa üçün Rusiya qazından asılılığı azaltmaq üçün yeganə
alternativ mənbə olan “Cənub qaz dəhlizi”nin bir hissəsidir.

əvvəl Lafazanis Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan
DESFA şirkətinin səhmlərinin üçdə ikisinin 400 milyon avroya SOCAR-a
satılmasına dair bağlanmış müqaviləyə yenidən baxa biləcəklərini
açıqlamışdı.
Avropa Antiinhisar Komissiyasının rəyini gözləyirlər və sonrakı
addımlarını bu rəyin əsasında atacaqlar.
etmək lazımdır ki, Yunanıstanda hakimiyyətə gələn solçu-anarxistlər
təkcə Azərbaycanla bağlanmış və Avropa üçün strateji əhəmiyyət kəsb edən
enerji layihələrinə yenidən baxmaqla hədələmirlər. Yeni hökumət
Yunanıstanı defoltdan xilas etmək üçün bundan əvvəl Avropa İttifaqının
(Aİ) israrları ilə qəbul edilən 50 milyard avroluq özəlləşdirmə
proqramından da imtina etdiklərini açıqlayıb. Bura Yunanıstanın dövlət
enerji şirkətlərinin özəlləşdirilməsi də daxil idi.
solçuların hökuməti Yunanıstanın ölkənin ümumi daxili məhsulundan üç
dəfə çox olan nəhəng xarici borclarının (bu borcların çoxunu Aİ ölkələri
ayırıb) bir hissəsini ödəməkdən imtina edəcəkləri ilə hədələyir.

baş nazir Aleksis Tsipras xəbərdarlıq edib ki, Beynəlxalq Valyuta
Fondu, Avropa İttifaqı və Avropa Mərkəzi Bankından ibarət üçlük
Yunanıstana ayrılmış yüz milyardlarla avro kreditin plan üzrə geri
qaytarılacağına ümid etməsin. Baş nazir hədələyib ki, əgər “üçlük”
Yunanıstanın borclarının bir hissəsini silməsə və yeni kredit tranşı
açmasa, onlar pulu Rusiyadan götürmək haqda düşünəcəklər.
burasındadır ki, “SYRİZA” partiyası seçkiləri məhz Rusiya ilə
yaxınlaşmaq hədələri və donor “üçlük” qarşısında öhdəlikləri pozacağına
dair populist şüarlarla udub. Yunanıstanda kommunist mənşəli solçuların
hakimiyyətə gəlməsi Qərblə indiki qarşıdurma vəziyyətində Rusiya üçün
göydəndüşmədir. Və onları qələbə münasibətilə ilk təbrik edənlərdən biri
də prezident Putin olub.

solçuların seçkiləri udmasının Rusiya üçün müsbət nəticələri özünü çox
gözlətməyib. Bu günlərdə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar
paketini yenidən qüvvədə saxlamaq barədə qərar çıxarsa da məhz
Yunanıstanın qoyduğu veto sayəsində yeni sanksiyaları həmin paketə daxil
etmək mümkün olmadı.
qənaətinə görə, Yunanıstan Avropa İttifaqı sıralarında Rusiyaya
münasibətdə parçalanma yaradacaq və bu da Putinin işinə yarayacaq.
Bundan əvvəl Brüssel Rusiyaya qarşı sanksiyalara mane olmağa çalışan
bəzi Şərqi Avropa ölkələrini sərt ultimatumlarla yerində oturda bilirdi.
Yunanıstan isə əsl başağrısı ola bilər.

Yunanıstanın yeni hökumətinin Rusiyaya simpatiyası ilə onun Azərbaycan
qazına dair razılaşmalara yenidən baxacaqlarına dair şantajları arasında
əlaqə varmı?
Avropanı alternativ qaz təchizatı mənbəyinə çıxışını əngəlləməyə
hesablanmış sistemli addımlardan gedir.
dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin Ankaraya səfəri zamanı
regionun enerji xəritəsini tamamilə dəyişdirən qərarını – “Cənub axını”
kəmərinin tikintisinin dayandırıldığını və Rusiyadan Türkiyənin
Yunanıstanla sərhədinə qədər eyni tutumda yeni qaz kəmərinin – “Türk
axını”nın çəkiləcəyini elan etdi.
axını” layihəsinin marşrutu razılaşdırılıb və “Qazprom” Türkiyə tərəfi
ilə layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işə başlamağa
hazırlaşır. “Qazprom” elan edib ki, kəmər 3-4 ilə hazır olacaq və “Cənub
axını” kəmərindən qaz almaq barədə müqavilə bağlamış Avropa ölkələri
ləngimədən bu müddət ərzində Yunanıstan-Türkiyə sərhədinə qədər yeni
kəmər infrastrukturu yaratmalıdır. Əks halda kəmərlə nəql olunacaq 63
milyard kubmetr qaz başqa bazarlara gedəcək.

Rusiyanın bu hədələrinə hələlik ciddi yanaşmır. Hesab edir ki,
Rusiyanın indiki iqtisadi vəziyyəti və dünya bazarlarında neftin
ucuzlaşması qısa müddətdə belə böyük layihəni həyata keçirməyə imkan
vermir. Lakin Rusiya enerji rəsmiləri tamamilə ciddi olduqlarını nümayiş
etdirirlər.
müddətdə reallaşsa, Rusiya qazı Azərbaycan qazından daha tez Türkiyənin
Yunanıstan sərhədinə çıxacaq.
olaraq belə sual yaranır ki, Azərbaycan qazı eyni marşrut üzrə həmin
məntəqəyə nəql olunacaq Rusiya qazı qarşısında rəqabətə davam
gətirəcəkmi.
rəsmiləri bildirdilər ki, “Türk axını” TANAP-a rəqib deyil, daha sonra
öz şərhlərinə düzəliş verdilər və TANAP-la “Türk axını” arasında “sağlam
rəqabətin başladığını” dedilər.
Yunanıstanın yeni hökuməti TAP kəmərinə dair kommersiya şərtlərinə
yenidən baxılmasını istəyir. Üstəlik DESFA-nın səhmlərinin satışından
imtina edə biləcəyinə işarə vuraraq Azərbaycanın Yunanıstan bazarında
qaz nəqli və satışındakı mövqelərini zəiflətməyə hazır görünür.
Yunanıstanın yeni hökuməti TAP kəmərinə dair hökumətlərarası
razılaşmalara yenidən baxmaqda israr etsə, bu layihənin reallaşması
istər-istəməz ləngiyəcək. Hətta ümumiyyətlə baş tutmayacaq.
zaman Avropa İttifaqı buna necə reaksiya verəcək? Axı yunan
anarxistlərinin bu populist tələbləri ilk növbədə Brüsseli şantaj etməyə
hesablanıb?
Rusiyanın maraqları ilə uzlaşdırılmış bu enerji şantajlarına hələlik
reaksiya verməyib. Azərbaycan da təmkinli davranır və Yunanıstanın yeni
hökumətinin şərtlərinə Bakıdan rəsmən hər hansı şərh verilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=17020