Sumqayıtda vətəndaşın evi uçuruldu, ailə üzvləri isə döyüldü

05.02.2015 - 15:50

Sumqayıt şəhərindəki Hacı Zeynalabdin
Tağıyev qəsəbəsinin Şirvan dəmiryol massivində yaşayan sakinlər
evlərinin heç bir xəbərdarlıq və məhkəmə qərarı olmadan sökülməsinə
etiraz edirlər. Fevralın 3-dən başlayan söküntü prosesi nəticəsində
artıq 7 ev dağıdılıb və heç bir vətəndaşa kompensasiya ödənilməyib.
Bu məlumatları evləri uçurulan sakinlər musavat.com-a bildiriblər.
Onlar söküntü prosesini və bu zaman polislə aralarından yaşanan
qarşıdurmanı əks etdirən həvəskar videogörüntüləri də redaksiyamıza
göndəriblər.
Musavat.com-a danışan evi uçurulan Lətif Abbasov bildirib ki,
polis işçiləri heç bir xəbərdarlıq etmədən içərisində əşyalar ola-ola
onun evini uçurublar və özünü də döyüblər:
“Fevralın 3-də səhər
saatlarında yüz nəfərə yaxın polis gəldi. Aralarında vəzifəli şəxslər də
var idi. Həyətə daxil olmaq istəyəndə mən onlardan sənəd tələb etdim
ki, siz kimsiniz və hansı səbəbdən mənim mənzilimə girirsiniz. Evdə
mənim həyat yoldaşım və dörd qızım var idi. Onlar mənə heç bir cavab
vermədilər. İki ekskavatoru və iki yük maşınını həyətə saldılar. Aləm
qarışdı, bir-birinə… Məni, həyat yoldaşımı, qızlarımı sürüyüb, evdən
çıxartdılar. Yatan nəvəmi yataqdan sürüyüb, bayıra atdılar. İçərsində
əşyalar ola-ola evi ekskovatorun ağzına verib, uçurtdular. Bu qədər
qanunsuzluq olarmı? Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə getdim,
heç bir cavab vermədilər. Əgər mən qanunsuz ev tikmişəmsə, məhkəməyə
verin. Qoy, məhkəmə qərar çıxartsın, məni həbs edin. Ancaq 8 nəfər ailə
üzvünü qışın günündə çölün düzündə qoymaq insanlıq deyil, axı… Mən bu
evi neçə ilə qəpik-qəpik pul yığıb, tikmişəm”.
Lətif Abbasov qeyd etdi ki, bu torpaq sahəsi ona 1991-ci ildə dəmiryol idarəsi tərəfindən verilib, hər bir sənədi də var.
O, 2001-ci ildən başlayaraq, orada ev tikməyə başlayıb və bir neçə ildir ki, həmin evdə yaşayırdılar: “Bu torpaq sahəsi dəmiryol xəttindən 60 metr aralıda yerləşir. Mən ev
tikdiyim müddətdə bu məsələni qeyri-rəsmi şəkildə lazımi orqanların
nümayəndələri ilə razılaşdırmışdım”. 
L.Abbasovun  sözlərinə görə, evlərin dağıdılmasında iştirak edənlər
Sumqayıt Şəhər Arxitektura Komitəsinin, Sumqayıt şəhər İcra
İakimiyyətinin və polis idarəsinin işçiləri olublar.
Qeyd edək ki, bu ərazidə son iki gündə 7 ev sökülüb və söküntü işləri hələ də davam edir.
Aşağıda sakinlərin bizə göndərdiyi videogörüntüləri təqdim edirik. 

Short URL: http://www.cumhuriyyet.net/?p=17022

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728