Google-da Üst Sıralara Çıxmaq Üçün 5 Vacib Addım
Axtarışlarda nə qədər üst sıralarda çıxsanız, bir o qədər çox ziyarətçi əldə edirsiniz. Çünki insanlar axtarış zamanı nəticələrin birinci səhifəsinə baxır və üst sıralarda olan saytlara daxil olurlar. Beləliklə, birinci səhifədə olmaq o deməkdir ki, siz Google ziyarətçiləri üçün potensial limansınız. Aşağıdakı addımları yerinə yetirdiyiniz təqdirdə, artıq sizin saytınız da Google-da üst sıralara çıxa biləcəkdir.
1. Doğru Açar Sözün Seçilməsi və Açar Söz Araşdırması
Google-da reytinqi yüksəltmək üçün ilkin şərt düzgün keyword seçimidir. Açar sözlər seçərkən insanlar axtarışlarda hansı sözlərdən istifadə edirlər? Hansı sözlər ilə axtarırlar? Bunları öyrənməli və ona uyğun keyword seçməlisiniz. Açar sözlərinizin istifadə nisbəti də çox vacibdir. Həddindən artıq istifadə edilən açar sözlər Google tərəfindən yaxşı qarşılanmır. Google Ads və Keywordtool.io-dan pulsuz, daha ətraflı və ödənişli keyword araşdırması üçün isə Ahrefs və Semrush-dan istifadə edə bilərsiniz.
Milliyol.az
Short URL: http://www.cumhuriyyet.net/?p=170228