Komitə sədri ilə Şeyxin qudası “toqquşdu”: “Bələdiyyənin kəsdiyi başa…”

05.02.2015 - 17:35

Milli
Məclisin bu gün keçirilən Regional Məsələlər Komitəsinin iclasında
çıxış edən komitə sədri Arif Rəhimzadə ilə komitə üzvü Hacı Qalib
Salahzadə arasında mübahisə yaranıb.

 Bu gün keçirilən komitə iclasında çıxış edən millət
vəkili Hacı Qalib Salahzadə deyib ki, bir sıra bələdiyyə sədrləri camaat
tərəfindən seçilmədən, kimlərinsə vasitəsilə gəlib vəzifə tutublar:
“Onlar nə cür yollasa gəlib seçiliblər. Nə yollasa gəlib ora çıxıblar.
İndi nə edilməlidir?”

 

Hacı Qalib Salahzadə onu da qeyd edib ki, bəzi bələdiyyələr doğru
fəaliyyətə göstərə bilmir: “Mən sözümün üstündə dayanan adamam və bir
daha deyirəm ki, artıq bu adamlar seçiliblər. İndi camaat necə
etməlidir? Gedib o bələdiyyələrlə mübarizə aparmalıdır? Sual verirəm ki,
həmin bələdiyyə nə etməlidir?”

 

Komitə sədri Arif Rəhimzadə isə bu cür cavab verib: “Siz
hüquqşünassınız, uzun illər bələdiyyə sahəsində çalışmısınız, bu cür
sualların verilməsi yersiz olmaqla bərabər, sizin bu sahədə biliyinizin
çox səthi olduğunu göstərir”.

 

Bu zaman Hacı Qalib Salahzadə komitə sədrinin çıxışını kəsərək ona
doğru danışdığını və səthi biliklərə malik olmadığını söyləyib: “Xahiş
edirəm, sözlərimə hörmət edəsəniz”.

 

A.Rəhimzadə isə deputata cavabında bildirib ki, əgər hər hansı
şikayəti varsa, bu barədə müraciət edə bilər: “Bir dəqiqə, xahiş edirəm
çıxışımı gözləyin, mən sizi təhqir də etmirəm. Siz 4 ildir ki, bu
komitənin üzvüsünüz, hüquqşünassınız, bələdiyyə işində işləyirsiniz.
Əgər indiyədək bu məsələləri bilmirsinizsə, bu sizə heç də başucalığı
gətirmir”.

 

Hacı  Qalib Salahzadə həmçinin bildirib ki, bələdiyyənin  kəsdiyi
başa söz olmamalıdır: “İndiyədək bələdiyyələrin səlahiyyəti elə
vəziyyətdədir ki, onlar  normal fəaliyyət göstərə bilmirlər. Bu gün
Türkiyədəki bələdiyyələrin fəaliyyəti o səviyyədədir ki, bu qurum
istənilən obyekti bağlasa, kimsə ona söz deyə bilməz. Necə deyərlər,
onun kəsdiyi başa söz yoxdur. Bu Azərbaycanda da belə olmalıdır. Amma bu
gün Azərbaycanda  bələdiyyələrin sərbəst fəaliyyətinə mane olan
qurumlar yaradılır. Bu gün bələdiyyələrin əksəriyyətinin dövlətə borcu
var. Bu cür davam edə bilməz. Bir çıxış yolu tapılmalıdır”.

 

Xatırladaq ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=17025

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728