Erməni klubuna keçən azərbaycanlı oyunçu danışdı: “Erməni xalqına hörmətim var”

05.02.2015 - 17:47

 “Bilirsiniz,
mən münaqişələrdən uzaq insanam. Hər iki ölkə arasında problemlərin
olduğunu bilirəm, amma tezliklə bunların həll olunmasını arzulayıram.
Həm Azərbaycan xalqına, həm də erməni xalqına böyük hörmətim var. Mən,
sadəcə, futbolumu oynamaq istəyirəm”.

 

Bu sözləri Ermənistan “Uliss”inə keçən Azərbaycanın
gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanov
“FutbolPress”ə açıqlamasında deyib.

 

22 yaşlı futbolçu hələ keçidin rəsmiləşmədiyini bildirib: “Hələ
ki keçidim rəsmiləşməyib. Dəqiq qərar verməmişəm. Bundan başqa bir-iki
təklif də var, bu işlərlə menecerim məşğul olur. Başqa komandaya da keçə
bilərəm”.

 

Rusiya “Volqa”sının yetirməsi olan Qurbanov Ermənistanda onun keçidinin xoş qarşılanmamasına da münasibət bildirib:

 

“Onlar elə bilirdilər ki, mən azərbaycanlıyam, lakin sonradan məlum
oldu ki, mən azərbaycanlı deyiləm və sizin ölkəyə hər hansı bir
bağlılığım yoxdur. Mən sadəcə təklif əsasında Azərbaycanın gənclər
millisində forma geymişəm. Əlbəttə ki, haqqımda mənfi düşünənlər də
tapılacaq, amma mən onlara bunu yasaqlaya bilmərəm”.

 

Şamil Qurbanov hazırda toplanışda olduğu komandası haqda da məlumat
verib: “Çox yaxşı komandadır. Burda yerli və legioner futbolçulardan
ibarət mehriban mühit formalaşıb. Məni də çox yaxşı qarşıladılar. İndi
də onlarla birgə toplanışdayam.

Short URL: http://www.cumhuriyyet.net/?p=17027

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930