Əsgərimiz düşmənlə atışmada şəhid oldu
Azərbaycan Ordusnun əsgəri şəhid olub.
Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə
istinadən bildirir ki, fevralın 5-də axşam saatlarında erməni silahlı
bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı
Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır
yaralanıb.
Əsgərimizə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq
təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Short URL: http://www.cumhuriyyet.net/?p=17030