Ermənistanın çöküşü başlayır

08.02.2015 - 22:39

Erməni mediası düşmən ölkənin iflasını anons edir

Ermənistandakı siyasi-iqtisadi böhran getdikcə dərinləşir. Rusiyanın for-postu olan bu kölə dövlətdə son günlər baş verənlər artıq ölkə əhalisinin də səbr kasasını doldurub. Ermənistandakı bu günkü real vəziyyət bu ölkənin media orqanlarında da geniş şəkildə təhlil olunur. Cumhuriyyet.az bir neçə erməni mediasında yer alan məlumatları diqqətinizə çatdırır.

“Çorrord
işxanutyun” nəşri: “Ermənilərin köçünə Rusiyadakı baş qaldıran iqtisadi
vəziyyət də maneə yarada bilmədi”

Ermənistanın
“Çorrord işxanutyun” nəşrinə istinadən verdiyi xəbərə görə, Rusiyada baş
aldıran iqtisadi böhran vəziyyətindən dolayı ermənistan rəsmiləri güman edirdi
ki, Rusiyada işləyən ermənilər Ermənistana qayıdacaq. Və ermənilərin böyük köçü
müvəqəti də olsa dayanacaqdır. Amma ermənilərin bu gözləntiləri ürəklərində
qalıb. Erməni nəşrinin verdiyi məlumata görə, günü-gündən Ermənistanı tərk edən
ermənilərin sayı artmaqdadır. Daha sonra erməni nəşri bununla bağlı statistik
məlumatları verir. Verilən statistik məlumatları olduğu kimi sizə çatdırırıq: ”
Ötən ilin yanvar ayında Ermənistanı irdəfəlik tərk edən vətəndaşların sayı 21
min 862 nəfər olub. “Zvartnos” aeraportundan il ərzində ölkəni birdəfəlik tərk
etmək məqsədi ilə uçan ermənilərin sayı 957 826 nəfər, “Şirak” aeroportundan
isə 18 882 nəfər olub”.

 

“Jamanak”
nəşri: “Rusiya və Ermənistan iqtisadiyyatı sinxron olaraq sirkələnir”

Rusiya və Ermənistanın
sinxron olaraq sirkələnməsi daha kəskin vüsət lmağa başlayıb. “Jamanak” nəşrinin verdiyi xəbərə görə, hər iki ölkə
rəhbərliyi mövcud duruma da sinxron olaraq, susqunluq nümayiş etdirir. Erməni
nəşri iddia edir ki, Rusiya mövcud durumla bağlı Rusiya cəmiyyətində panika
yaratmamaqdan ötrü məsələyə aydınlıq gətirmir, ermənilər isə açıqlamanı
Ermənistan rəhbərliyindən tələb edir. Lakin hakimiyyət susur. Hələ ki, heç bir
dövlət strukturunda səlahiyyətli bir kəs mövcud durumu açıqlamayıb və ya həmin
kəsin mövcud iqtisadi gərginliyin aradan qaldırılması isqamətində hər hansısa
bir iş görmür. Yüzlərlə erməni ay ərzində qazandıqları maaşı güclə ayın sonuna
qədər çatdırırdı. İndi isə gəlirləri də artıq əvvəlki kimi deyil. Dövlət maaş
belə ödəmək iqtidarında deyil. Görünən odur ki, Ermənistanı qara günlər
gözləyir.deyə erməni nəşri şərh edir.

Nəşr iddia edir ki, bu
artıq panikadan ötə bir durumdur. Hazırda erməni xalqı stress, şok və psixoloji
dalğaya məruz qalmağa məcbur olduqları üçün bu birbaşa onların həyatları
bahasına başa gələcək təhlükədir. Əlbəttə, Ermənistanın bu duruma düçar
olmasında birbaşa günahkar olan ermənib hakimiyyəti də heç də xoşbəxt yaşamır.
Amma xoşbəxt olub, olmamalarından asılı olmayaraq, rəsmi İrəvan öz xalqı
qarşısında məsuliyyət daşımalıdır və onları mövcud səfalətdən xilas etməyin
yiollarını aramalıdır. Erməni politoloqunun etirafı….

“168.am”
saytı: “Minsk Qrupunun həmsədrləri Azərbaycana qarşı birləşiblər”

“Ermənistan maliyyə
yardımına ehtiyacı olan 10 ölkədən biridir.”. Ermənistanın 168.am saytının verdiyi xəbərə
görə,  hələ 2013-cü ildə Ermənistana olunana
maddi yardımı Ermənistanın ÜDM-un 21% təşkil edirdi. Bu göstərici ilə
Ermənistan dünya ölkələri arasında 9-cu yerdədir. Birinci yerdə Şərqi Timordur:
burada maddi yardım ölkə ÜDM-dən iki dəfə artıqdır. Ermənistanı isə maddi
yardım alan ölkələr arasında Lesoto(24.4%), Samao (23.8) və Haiti (21.1)
qabaqlayır. Ermənistandan sonra maddi yardım alan ölkələr sırasında Qambiya
(19.8%), Liberiya(18.5%), və Livan (175)dır. Ona görə də, bu gün Ermənistan
sözü gedən maddi yardımlardan asılı olan dövlətə çevrilib-deyə erməni nəşri
qeyd edir.

Nəşr bildirir ki, Ermənistan iqtisadiyyatı sanki maliyyə yardımına möhtac
narkomana bənzəyir və hər an maliyyə yardımının tükənəcəyi qoprxusu ilə
yaşayır. Rəsmi İrəvan milli vayutanın get-gedə aşağı düşməsinə baxmayaarq, heç
nə etmir. Ona görə də, bu gün Ermənistanda bir çoxları milli valyutanın aşağı
düşməsində Mərkəzi Bankı günahlandırır. Amma əsl problem ondadır ki, Ermənistan
iqtisadiyyatı bütünlükdə xaricdən olunan maliyyə yardımlarının hesabına var
olur. Bu gün rəsmi İrəvan Ermənistana 2015-2016-cı il üçün olunacaq maliyyə
yardımının az olmasından dolayı üzülür və panikaya qapılır. Hərçənd biz işçi
qüvvəsi olan Ermənistan vətəndaşlarını ölkədən qaçırmağımıza rəğmən heç bir iş
görmürük-deyə erməni nəşri Ermənistan hakimiyyətini qınayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=17032

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728