Aslan Aslanov həbs olunub?

08.02.2015 - 22:52

Şəmkirin keçmiş başçısı, həmçinin Kənd təsərrüfatı nazirinin
sabiq müavini Aslan Aslanov həbs olunub. Bu barədə vəkil Adəm Məmmədov
“facebook” sosial şəbəkəsində məlumat yayıb. Qeyd edək ki, Adəm Məmmədov Aslan Aslanovun oğlu Ruslanın qətlinə görə
həbs olunan Vüqar Əliyevin vəkilidir. Hazırda Qobustandakı qapalı
həbsxanada saxlanılan Vüqar Əliyev ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Aslan Aslanovun oğlunu qətlə yetirən Lamiyə Quliyeva
təxminən bir aydır ki, gündəmin əsas mövzularından birinə çevrilib. Onun
başına gətirilən çoxsaylı işgəncə və digər hüquq pozuntularında məhz
Aslan Aslanovun adı hallanırdı.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə
“Azadlıq”a açıqlamasında sosial şəbəkələrdə yayılmış bu məlumatın
həqiqəti əks etdirmədiyini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=17036

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728