Bozbaş manısdan “Bandotdel”ə şok ittiham: “Dedilər 10 min manat gətir işi bağlayaq…”
Müğənni Maral Tahirqızı adının
qarışdığı cinayət işi ilə bağlı “Yeni Müsavat”ın əməkdaşına maraqlı
açıqlamalar verib. Onun sözlərinə görə, məmurlar ondan xeyli miqdarda
rüşvət istəyirlər:”Bu qalmaqal yenicə yarananda İnsan Alverinə Qarşı Mübarizə
İdarəsində işləyən Araz mənə dedi ki, 10 000 manat gətir, işi bağlayaq.
Mənə deyirdi ki, “Esmiraya da köməklik et, yazıqdır”. Təhdid edirdi ki,
pul verməsəm, günahım olmadan belə düzüb-qoşub məni həbsə atdıracaq.
İşimi aparan müstəntiq Azad da düzgün mövqedə olan adam deyildi. Yenə
də bildirirəm ki, Esmiranı bir il bundan əvvəl yalnız bir dəfə gözəlik
salonunda üz-qaş alan kimi tanıyıram. Onun hansısa qadını Ədalət adında
bir kişiyə düzəltməsindən xəbərim yoxdu. İfadəmdə də bunu yazmışam.
Müstəntiq Azad Esmiradan soruşanda ki, “bəs niyə belə bir ifadə
vermisən”, Esmira dedi ki, Ədalət bu cür yazmağımı məsləhət görüb. Bu
zaman Azad mənim arxama keçib Esmiraya işarələr verdi. Esmira sözünü
dəyişib dedi ki, “bu müstəntiqin qadasın alım, o, Biləcəridə mənim qapı
bir qonşumdu”… Elə əvvəldən bilirdim ki, bütün bunlar qurmadır. Buna
görə müstəniq Azada töhmət verib, işdən uzaqlaşdırdılar”.
Müğənni hazırki vəziyyətindən də danışıb:
“İndi də mənə deyirlər ki, 3000 manat gətir. Deyirəm, a qardaş,
niyə durduğum yerdə kiməsə pul verməliyəm? Heç kimə bir qəpik də
verməyəcəm, qoy tutub həbs etsinlər”.
Xatırladaq ki, müğənni Maral Tahirqızı Cinayət Məcəlləsinin
244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə,
saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr
2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar
törədildikdə) maddəsi ilə ittiham olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=17038