Rus çarlarının dəbilqələrində Quran ayələri
Aleksandr
Nevski Rusiya tarixinin ən tanınmış simalarındandır. Ökə ağır durumda
olsa da, bu təcrübəli sərkərdə Tevton Ordeninin yürüşlərini dəf edə
bilmişdi.
1237-ci ildə Roma papası IX Qriqori tərəfdarlarını Novqorod üzərinə
xaç yürüşünə çağırdı. 1240-cı ildə həlledici döyüşdə knyaz Aleksandr
Nevskinin xaçlı ordusunu darmadağın etdi. Bu hadisə tarixdə “Buz döyüşü”
adı ilə qaldı.
Tatar oğlu
Amma rus tarixçiləri daim bir həqiqəti gizləyiblər. Düzdür, ayrı-ayrı
tarixçilər Aleksandr Nevskiyə tatar xanlarının verdiyi dəstəyi
təsdiqləyiblər. Tatar xanlarının Nevskinin köməyinə göndərdikləri
qoşunlar olmasa, o, çətin ki, qələbə qazanardı. Bir maraqlı məqam da indiyədək rus tarixçilərini çaş-baş salır.
Aleksandr Nevskinin yaraq-əsləhəsi indiyədək qorunub saxlanır.
Maraqlıdır ki, dahi sərkərdənin dəbilqəsində qızılı xaç görmək
mümkündür. Amma dəbilqəni həm də müqəddəs Quran kitabından olan ayələr
bəzəyir. Rus knyazının dəbilqəsində “Və “və bəşşir əl möminin” (möminlərə bəşarət ver, müjdələ.– red.) sözləri yazılıb. Nevski ilə bağlı sirlər çoxdur. Hətta bəzi tarixçilər onu tatar xanı Batının çoxsaylı oğullarından biri hesab edirlər.
Ərəbcə yazılar
Kremldəki məşhur Silah Palatasında ən qəddar hökmdar, Kazan və
Həştərxanın fatehi İvan Qroznının çar tacı saxlanılır. Tacın üstündə
kiril əlifbası ilə çarın adı və ərəb əlifbası ilə 7 dəfə “Allah,
Məhəmməd” sözləri yazılıb. Kremldəki Silah Palatasının direktor müavini Lukian Yakovlev
jurnalistlərə bildirib ki, usta Nikita Davıdsov tərəfindən 1661-ci ildə
çar Mixail Fyodoroviç Romanov üçün xüsusi olaraq düzəldilmiş tacın da
üstünü Qurani-Kərim kitabından sitatlar bəzəyir.
Maraqlıdır ki, taclarda yalnız çarların adı kiril əlifbası ilə yazılıb. Qalan yazılar ərəbcədir. Hətta pravoslav yepiskopların daş-qaşla bəzədilən əsaların üstündə belə xaçla yanaşı ərəb yazıları var.
Müqəddəs dil
Məntiqlə Tevton ordenində olan cəngavərlər yaraq əsləhələrini xaçla, müsəlman döyüşçülər isə ərəb yazıları ilə bəzəyə bilərlər. Rus döyüşçülərdə isə kiril əlifbası ilə yazılar olmalı idi. Ancaq
Silah Palatasındakı cəngavər paltarları və silahlarının hamısı ərəb
əlifbası ilə bəzədilib. Özü də bu silahlar başqa yerdən gətirilməyib.
Elə yerli ustalar tərəfindən düzəldilib. Bəs elə isə, səbəb nədir?
Rus tarixçilərin bir çoxu bu qənaətdədir ki, XVIII əsrə qədər ərəb
dili Rus pravoslav kilsəsi tərəfindən müqəddəs dil kimi istifadə edilib.
Bu haqda çoxsaylı sübutlar var.(publika.az)
İlqar Atabəyli







Short URL: http://www.cumhuriyyet.net/?p=17040