Bakı DYP-nin gecə əməliyyatları: 412-ci otaq sirri

09.02.2015 - 00:12

Baş Dövlət Yol
Polisi İdarəsinin əməkdaşları niyə məhz gecələr və təxminən eyni küçədə
reyd keçirir?

Bir neçə aydır ki, Avtosfer.az-a müraciət edən sürücülər gecələr Baş
Dövlət Yol Polisi İdarəsinə məxsus yol-patrul xidməti avtomobillərində
xidmət aparan yol polisi əməkdaşlarının Bakı şəhəri ərazisində
sürücüləri saxlayıb cərimələdiyini bildirirlər. Məlumata görə, 10 YP
742, 10 YP 743, 10 YP 749 dövlət nömrə nişanlı DYP avtomobilləri daha
daha çox diqqəti çəkir. Belə ki, bu avtomobillər adətən В«NeolitВ»
restoranının yerləşdiyi küçədə və həmin küçə ilə kəsişən küçə və
yollarda xidmət aparırlar. Səbəb isə məlumdur; sərxoş sürücülərlə
mübarizə. Amma məsələ burasındadır ki, Bakı şəhərində bu qədər DYP
əməkdaşı və DYP avtomobili ola-ola Baş Dövlət Yol Polisi İdarəsinin
əməkdaşlarının da paytaxt ərazisində bu cür vahiməli hərəkətləri suallar
yaradır. Əgər söhbət təhlükəsizliyin birgə təmin olunmasından, sərxoş
sürücülərə qarşı mübarizədən gedirsə, niyə məhz В«NeolitВ» restoranının
ətrafındakı küçə və yollar nəzarətə götürülür? Bakıda yüzlərlə restoran,
şadlıq evi, kafe var…
Avtosfer.az-ın əməkdaşı bir neçə gün əvvəl həmin avtomobillərdən birinin
– 10 YP-749-un fotolarını В«NeolitВ»in yanında çəkib. Fotolardan da
görünür ki, DYP avtomobilində xidmət aparan yol polisləri sürücüləri
saxlayıb yoxlama aparır. Sürücülər bildirir ki, həmin yol polisləri
sərxoş sürücü aşkarladıqda, maşını cərimə meydançasını aparırlar,
sürücünün sənədlərini isə özləri ilə götürüb, В«sabah Baş Dövlət Yol
Polisi İdarəsində 412-ci otağa yaxınlaşarsanВ» deyib, gedirlər.
Əməkdaşımızın apardığı müşahidələrdən məlum olub ki, həmin yol patrul
xidməti maşınları hətta sürücülər üçün təhlükəli vəziyyət də yaradırlar.
Onların qəflətən yola çıxıb sürücüləri təqib etməsi ərazidə, xüsusən də
В«KoroğluВ» metrostansiyası tərəfə gedən yoldakı dairədə vahiməli
vəziyyət yaradır və sürücülər çaşqınlıq içərisində qalırlar. Həmin
ərazidə az qala dəqiqəyə bir maşın saxlayıb yoxlayırlar. Əksər hallarda
isə sürücülərin ağzını iyləyib В«HooВ» elətdirib yola salırlar. Hətta,
vəziyyət o həddə çatıb ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin
əməkdaşlarının В«NeolitВ»in yaxınlığında saxlayıb yoxladığı sürücüləri
В«KoroğluВ» metrostansiyası yaxınlığındakı dairədə Baş Dövlət Yol Polisi
İdarəsinin əməkdaşları yenidən saxlayıb yoxlama aparırlar.
Bu və digər hallar isə sürücülərin narazılığına səbəb olur. Belə çıxır
ki, eyni funksiyanı yerinə yetirən DYP əməkdaşları ayrı-ayrı idarələri
təmsil etdikləri üçün bir-birlərindən xəbərsiz işləyirlər, əlaqə
qurmurlar. Bakı şəhəri ərazisində saxlanılan sürücülər şəhərdən xeyli uzaqda
yerləşən Baş DYPİ-yə çağırılmalarına etirazlarını bildiriblər. Onların
dediyinə görə, əgər qayda pozulursa, DYP bunu aşkar edirsə, məsələ şəhər
ərazisində həllini tapmalıdır: В«Cərimə yazılıbsa, sənədləri nə üçün
özlərində saxlayırlar? 412-ci otağa gedən sürücülərdən qanuni cərimədən
qat-qat artıq pul tələb olunur. Üstəlik, vaxtımız da çox gedir. Bakı
şəhəri ərazisində və yaxud da, qeydiyyatda olduğumuz ərazi üzrə DYP
şöbəsində bu məsələləri daha tez həll etmək mümkündür. Həm vaxt, həm də
qanuni cərimədən daha artıq pul itirmək xoş deyil. Başa düşürük ki,
sərxoş halda maşın sürmək doğru deyil. Bakı şəhərində tutulan
sürücülərdən eşidib bilirik ki, onların vaxtı çox getmir. Amma Xırdalana
gedib Baş İdarədə məsələ həll eləmək çətin məsələdirВ».
Əslində, bizim üçün də qaranlıq qalan bir məqam var ki, Baş Dövlət Yol
Polisi İdarəsinin əməkdaşları niyə məhz gecələr və təxminən eyni küçədə
bu cür vəziyyət yaradırlar. Bunu hansı əsasla, hansı təlimatla edirlər?
Bəlkə, onların dislokasiya üzrə xidməti ərazisində В«NeolitВ»in yanı
yazılıb? Yazılıbsa da, bu məsələni Bakı şəhər DYP İdarəsi və ya rayon
DYP şöbələri ilə birlikdə həll etmək olar ki, sürücülər ertəsi gün
məsələni həll etmək üçün daha yaxın idarəyə müraciət etsinlər. Biz də
tərəfdarıyıq ki, sərxoş sürücülərə qarşı mübarizə aparılmalıdır. Amma
təkcə bir küçədə, bir restoranın ərazisində yox. Özü də, nədənsə Baş
DYPİ-nin əməkdaşları В«NeolitВ»in yanında yalnız gecə saat 9-dan 12-yə
kimi В«işləyirlərВ». 12-dən sonra yəqin, sərxoş sürücülər olmur. Ya da,
plan dolur…

Hər halda, ümid edirik ki, Baş DYPİ bu məsələyə aydınlıq gətirəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=17041

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930